Mühasib peşəsi üçün namizəd seçimi (4-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasib peşəsi üçün namizəd seçimi (4-cü hissə)

3-cü hissəni oxumaq üçün keçidə daxil olun


Mühasib peşəsi biznesdə ən vacib və məsuliyyətli vəzifələrdən biridir, pul qazanmaqla bağlı sıx bağlı olan bir peşədir.

Buna görə ideal mühasibin hansı keyfiyyətlərə malik olduğunu və şəxsi xüsusiyyətlərinə görə – danışıq tərzi, geyimi, suallara cavab verməsi və s. –  necə müəyyən edilə biləcəyini bilmək vacibdir. Yəni, hansı nitq modelləri və davranış əlamətləri mühasibin yerinə yetirdiyi vəzifələrə mükəmməl uyğun gəlir.

Qeyd edək ki, biz vəzifənin profilindən deyil, məhz şəxsiyyətin profilindən danışacağıq və başlanğıc üçün onların bir-birindən nə ilə fərqləndiyini və nədən ibarət olduğunu müəyyənləşdirəcəyik.

İstənilən halda, hər hansı bir şəxs rahat vəziyyətdə olduqda, onun hərəkətləri bir az güclənir. HR mütəxəssisinə söhbətə neytral mövzu ilə başlamaq lazımdır: “adınız nədir? Bura necə gəlib çıxa bildiniz?”, bu zaman insan özünü rahat hiss etməyə başlayacaq və onda gestulyasiya peyda olacaq. Mükəmməl bir mühasibdə bu elə də geniş və intensiv olmayacaq, amma hər halda bunun mövcudluğu normaldır. Bunu izləməyə çalışın və zamanla siz bir çox şeyləri görməyi öyrənə biləcəksiniz.Axı insanlarla işləyən və onlarla ünsiyyət təcrübəsi olan hər bir mütəxəssis, vacib deyil ki, bu insan resursları üzrə menecer, danışıqlar aparan və ya rəhbər işçi olsun, insanın rahatlaşdığını hiss edir və belə məqamlarda nələrə diqqət yetirməli olduğunu bilir.

Namizədə suallara əminliklə, sərbəst şəkildə, özünü sıxmadan cavab verməsinə səy göstərin. Özünə əmin olmamaqla bağlı ifadələr də bizə yaxşı məlumdur: “işim xoşuma gəlir”, “keçmiş iş yerimdə mən çox effektiv idim” və s. “Əlbəttə ki, rəhbərliklə müəyyyən çətinliklər yaşamışıq. İstənilən halda biz ünsiyyət vədişlərinə malikik və dili də yaxşı bilirik. Həmişə razılaşmaq mümkündür” bu və buna bənzər cavablar isə tamamilə başqa bir şeydən, yəni, özünə əminlikdən xəbər verir.

Keçmiş iş yerində çətinliklərlə bağlı suala cavab verən namizədin mimik reaksiyasını izləyin. Unutmayın ki, mükəmməl mühasibin əsas duyğuları qəzəbdir. Bu duyğu özündə nə məna daşıyır?  Bu maneəyə aktiv cavabdır: maneə peyda olub,  ortaya qəzəb və bu maneəni ortadan qaldırmaq cəhdi çıxıb. Belə bir zəncir ortaya çıxır: hesabat düz gəlmir – qəzəb – problemlərin aradan qaldırılması.

Müsahibə zamanı mühasib üçün vərdiş etdiyi qəzəb emosiyasının müntəzəm olaraq üzündə əks olunmasına hazır olun. Bundan qorxmağa dəyməz, əksinə sevinmək lazımdır. Mühasib işləmək üçün məhz bu cür insan psixotipi ən yararlı olanıdır.  Bunlar hüquq və ya reklam şöbələrində nə baş verdiyini vecinə almayan dar ixtisaslaşmış peşəklardırlar. Onların fəaliyyət sahəsi – mühasibatlıqdır və bundan başqa onları heç nə narahat etmir.

İnsanın hobbisi də onun peşəsi ilə uyğun gəlirsə, bu çox əladır. İddiaçıdan maraqları barədə soruşmaq həmişə faydalıdır. Mühasibin vəziyyətində onun hobbi növü oxumaqdır. Əgər o, belə cavab verərsə: “Mən oxumağı sevirəm”, bu əladır.

Əgər mühasib belə deyirsə: “mən səyahət etməyi xoşlayıram, əylənməyi sevirəm, attraksionlar xoşuma gəlir”, belədə vəziyyət mürəkkəbləşir. Bu cavab həmin insanın oturaq işlərə hazır olmamasından xəbər verir.

Hobbi barədə sual çox yaxşıdır. Axı, hobbi nədir? Hobbi – bu insanın həqiqi mahiyyətini açıqlayır. Hobbi insanın özünün harada daha rahat hiss etdiyini göstərir. Nələrlə məşğul olarkən mənəvi rahatlıq tapdığını və bunun ondan ötrü maraq doğurduğunu ortaya çıxarır.  Hobbi insanın səmimi şəkildə “mənim” deyə biləcəyi sərhədi göstərir. Əgər insanın hobbisi ilə peşəkar fəaliyyətinin tamamilə əks qütblərdə olduğunu başa düşsəniz, onda bundan müəyyən nəticələr çıxarın. Məsələn, hobbi ünsiyyətcil, kommunikativ profilə uyğundur. İnsan isə yeknəsəq, oturaq, detallı, məsuliyyətli ciddi işə iddia edir. Bu ziddiyyətlər yaxşılığa doğru heç nə verməyəcək.

İnsan ilk dəfə sizin qarşınıza çıxanda, təbii ki, o, əslində olduğundan daha yaxşı görünmək istəyir. Bundan əlavə, əgər bir şəxs artıq bir neçə müsahibədən keçmişsə və şirkətiniz onun üçün onuncu saydadırsa, onda həmin şəxs bütün cavabları bir neçə dəfə məşq edib. O səbəbdən siz belə vəziyyətdə qəfil və qeyri-standart suallar verməklə, onu girdiyi roldan ayırmalısınız. Məsələn: “öz hobbiniz barədə danışın”, “söyləyin, buranı necə axtarıb tapa bildiniz?” və s.

Həmsöhbətinizə qeyri-standart yanaşmalar axtarın və belədə namizəd özünün əsl insani keyfiyyətlərini gizlədən maskanı atmağa məcbur olacaq. Ardınca isə bu insanın yerinə yetirməli olduğu vəzifə təlimatlarında yazılanlarla, onun müsahibədə söylədiklərini  müqayisə edin.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email