Mühasibat exceldə – 4 faydalı üsul (1-ci üsul)

posted in: Excel, Xəbər | 0
Mühasibat

Hazırda təşkilatların bütün şöbələri tərəfindən hazırlanan müxtəlif hesabatların sayı daim artır. Çox vaxt müəssisələr hesabatların avtomatlaşdırılmasını müxtəlif proqram məhsulları əsasında (SAP, 1C, İntalev və s.) həyata keçirirlər. Lakin, hətta sistemin “avtomatlaşdırıldığı” təşkilatlarda belə Excel-siz keçinmək mümkün deyil. Belə ki, avtomatlaşdırılmada istifadə olunan proqram məhsullarında hesabatlar ümumi prinsiplərə əsaslanır, hər bir müəssisə isə – özlüyündə unikaldır, xüsusi proqram məhsullarında bütün hesabatları unifikasiya etmək (vahid şəklə salmaq) çox mürəkkəb bir işdir, bəzi vaxtlarda isə bunu, ümumiyyətlə, etmək mümkün deyil. Və belə hallarda Excel elektron cədvəlləri köməyə çatır. Bu cədvəllər yüklənmiş 1C proqramı əsasında hesabatları lazımi formada emal etməyə, məlumatları təqdim etməyə imkan verir, bəzi vaxtlarda isə idarəetmə və digər hesabatlılıq üçün ümumiyyətlə, başlıca proqram kimi xidmət edirlər.

Aydın Kərimovla mühasibat uçotu kursu

Excel proqramı Microsoft Office baza paketləri arasında ən çox tələb olunan proqramlardan biri hesab olunur. Satış üzrə menecer cədvəldən istifadə etməklə müştərilərlə işi sistemləşdirir. Katibə bütün lokal normativ aktların, korrrespondensiyanın uçotunu aparır və ya istehsalat müşavirələri üçün diaqramları hazırlayır. İqtisadçı ilkin məlumatları emal edir və şirkətin iş göstəricilərini hesablayır. Elektron cədvəllər – bunlar müxtəlif fəaliyyət istiqamətləri üzrə fərqli xidmətlər əməkdaşları tərəfindən istifadə olunan ən populyar proqramlardır.

Bunlar, əgər onların üzərinə planlaşdırma və idarəetmə uçotu ilə bağlı funksiyalar qoyulubsa, maliyyə-iqtisadiyyat şöbələri və mühasibatlıq üçün xüsusilə faydalı proqramlardır.  Mühasib üçün Excel proqramı, məlumatları həm emal etməyə, həm də bir neçə fayldan məlumatları bir faylda birləşdirməyə imkan verir. Ayrıca cədvəllər yaratmaqla və ya mənbə cədvəlindəki məlumatları gizlətməklə, lazımi məlumatı seçməyə imkan verir.  Tələb olunan əlamətlər üzrə mövcud məlumatları sistemləşdirməyə və yekun vurmağa imkan yaradır.

Bu ya digər formada Excel-də mühasibat uçotu üsulları, məlumatlarla iş sürətini artıra biləcək bir sıra faydalı metodlar tətbiq etsəniz, məlumatlarla işləmək daha asan və sürətli alınacaq.  Tərəfimizdən hazırlanan nümunələrin bir mühasib üçün necə faydalı ola biləcəyini öyrənin.  Mühasiblərin işləməsi hazırladığımız Excel məşğələləri onlardan ötrü təkcə faydalı olmayacaq, həm də bir zərururiyyət kəsb edəcək.

Bax: Track changes – Excel faylında edilən hər dəyişikliyin qeydiyyatı

1-ci üsul
Təqvim günlərinin hesablanması
 

Excel hətta təqvim günlərinin hesablanması kimi ən sadə işləri yerinə yetirmək üçün belə əvəzolunmaz köməkçidir. Faizləri, penyaları, dəbbə pulu, kredit və bu kimi şeyləri hesablamaqdan ötrü mühasibə bu və ya digər dövrdə neçə gün olduğunun dəqiq Mühasibatsayını bilmək çox zəruridir.

Əgər, bu kiçik bir dövrü əhatə edirsə, onu təqvimdən istifadə etməklə də hesablamaq olar, lakin, daimi hesablamalar üçün bu elə də rahat format deyil. Belə hallarda Excel mühasibin köməyinə çatır.

Bu hesablamanı aparmaqdan ötrü cədvəldə üç boş özək ayırmaq zəruridir. Onlardan birinə ilkin tarix, ikinciyə son tarix yazılır, üçüncü isə nəticələri əldə etməkdən ötrü boş saxlanılır.

Tövsiyə: klaviaturanın rəqəmlər hissəsində tarixi belə yığın: 12/10/2016. Proqram özü həmin məlumatları bu formaya – 12.10.2016 – salacaq.

Sonra üçüncü özəyi götürürük və “Funksiyanı qoymaq”ın üzərinə basırıq, siz onu bu işarə ¶x altında tapa bilərsiniz. Üzərinə basdıqdan sonra “Master funksii” pəncərəsi açılacaq. “Kateqoriya” siyahısından “Tarix və vaxt”ı seçirik, “Funksiya” siyahısından isə “360 günü”  seçirik və Ok düyməsini basırıq. Peyda olan pəncərəyə başlanğıc və son tarixin dəyərini qoyuruq.  Bunu etmək üçün sadəcə bu tarixlərlə cədvəldəki özəklərin üzərinə basın, “Metod” sətrinə isə bir rəqəmini qoyub, Ok-in üzərinə basın. Əgər yekun rəqəm formasında əks olunmasa, onda özəyin formatını yoxlamaq lazımdır: mausun sağ düyməsini basırsınız və menyudan “Özək formatı”nı seçirsiniz, oradan “Rəqəm formatını” qoyursunuz və Ok-in üzərinə bazırsınız.

Burada həm də günlərin hesablanmasını bu cür də həyata keçirmək olar: üçüncü özəkdə belə yığırsınız = Günlər 360 (B1;B2; 1). Mötərizədə tarixlə bağlı ilk iki özəyin koordinatını göstərmək vacibdir, metod üçün isə vahidin dəyərini qoyursunuz. Həftə ərzində faizlərin hesablanması üçün əldə olunan günləri 7-ə bölmək olar.

Həmçinin günlə bağlı tarixə istənilən sayda günləri həm əlavə etmək, həm də çıxmaq olar. Bundan ötrü bir özəkdə tarix yazılır, ikinciyə isə bərabərlik işarəsi yerləşdirilir, sonra tarixlə bağlı özəyin üzərinə basılır və “+” və ya “-” və tələb olunan günlərin sayı  yığılır.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *