Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (II hissə)

posted in: Xəbər | 0

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb. Bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu onunla bağlıdır ki, şirkətlərdə icarə müqavilələrinin formalaşdırılması və bağlanması proseduru tamamilə fərqli ola bilər və prinsipcə əla alətlər və metodikalar dəstindən istifadə oluna bilər. Üstəlik, bəzi şirkətlər, sözün həqiqi mənasında, əlavə çətinliklər təqdim edən bütün dünya üzrə icarə müqavilələri bağlayır.

Artıq bu gün onların bir çoxu bu cür müqavilələrin bağlanması ilə bağlı bütün biznes proseslərini uğurla unifikasiya ediblər və indi bütün prosedur zəruri olanı müəyyənləşdirir:

  1. Mühasibat uçotu baxımından icarə müqaviləsini və onun keçirilməsinin bütün aspektlərini diqqətlə nəzərdən keçirin;
  2. Zəruri məlumatları mühasibat sisteminə daxil edin;
  3. Sistemdə bu konkret müqavilə ilə bağlı bütün lazımi hesablamaları aparın.

Öz növbəsində, Baybl haqlı olaraq iddia edir ki, “müasir sistemlər çətin ki, nə vaxtsa bir-birini danışmağı və anlamağı öyrənsinlər. Buna görə də onların arasında informasiya mübadiləsi üçün proqram botları lazımdır”.

Mühasibat uçotunun aparılması ilə bağlı biznes proseslərinin avtomatlaşdırılmasına və optimallaşdırılmasına daha bir yanaşma “məsafədən idarə olunan texnologiyalar”ın istifadəsidir.

“KeyBank” şirkətinin birinci vitse-prezidenti Steysi Gilberin fikrincə, müasir şirkətlərdə məsafədən idarəolunan texnologiyalarının tətbiqi və istifadəsi mühasibat uçotu sistemində bütün cari dəyişiklikləri nəzərə almağa və bununla bağlı bütün biznes proseslərini avtomatlaşdırmağa imkan verən əsas elementlərdən biridir.

İctimai şirkətlərə gəlincə, artıq bu gün onlar 2018-ci ilin əvvəlində qüvvəyə minmiş illik gəlirin düzgün əks olunması və uçotu üçün prinsipial yeni tələblərlə uğurla məşğul olublar. Bununla yanaşı, onların hamısı gələcək maliyyə hesabatlarının formalaşmasında gəlirlərin savadlı şəkildə əks olunmasına artıq formal şəkildə hazırdırlar.

Kredit borclarını əks etdirmək üçün prinsipial yenilik olan maliyyə müəssisələri ilə bağlı vəziyyət bir qədər fərqlidir. İlk növbədə, söhbət bu borcun proqnozlaşdırılması üçün yeni alqoritmdən gedir ki, yaxın perspektivdə öz risklərimizi düzgün qiymətləndirə bilək.

Qeyd edək ki, mühasibat uçotu standartlarının dəyişməsi təkcə müəssisələrdə sıravi mühasiblərə deyil, bütövlükdə bütün biznes proseslərinə də toxunur.

Bu baxımdan, Gilbert hesab edir ki, “yeni texnologiyaların tətbiqi prosesində müəssisələrin fəaliyyətinin bütün aspektlərinə toxunulacaq ki, bu da müxtəlif struktur bölmələrin işçiləri arasında daha sıx qarşılıqlı əlaqə tələb edəcəkdir”.

Öz növbəsində, rəqəmsal texnologiyalarından istifadə əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq və müxtəlif şöbələrin əməkdaşları arasında daha sıx, səmərəli qarşılıqlı əlaqə və informasiya mübadiləsini təmin edəcəkdir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *