Mühasibat uçotunun təşəkkülü və inkişafı (6-cı hissə)

birbank biznes

mühasibat uçotunun təşəkkülüMühasibatlığın müasir mənada başlanğıcı iki hesablı mühasibatlığın təşəkkülündən hesablanır.  İki hesablı sistemdə qeydlərə həsr olunmuş ilk əsər və Benedetto Kotrulyi tərəfindən 1458-ci ildə əllə yazılmış və yalnız 1573-cü ildə çap edilmiş “Ticarət və müasir tacirlər barədə” kitab hesab olunur. İlk çap nəşri isə Leonardo da Vinçinin dostu, fransiskan rahibi, riyaziyyatçı Luki Paçolinin yazdığı “Arifmetik və həndəsi cəm, nisbətlər və münasibətlər elmi haqqında” 1494-cü ildə Venetsiyada çapdan çıxmış kitabı oldu.  Bu kitabın 11-ci traktatı “Hesablar və qeydlər haqda” adlanırdı, orada Luka Paçoli iki hesablı qeydləri nəzəri cəhətdən əsaslandırmış və buna qədər uçotla bağlı mövcud olanları ümumiləşdirmişdi.

Uçot üsulunu nəzərə alaraq o, Yaddaş kitabı, Jurnal və baş kitabdan ibarət mühasibatın köhnə italyan (Venetsiya) formasını təsvir edir. Mühasibat uçotu metodikasının digər elementləri ilə yanaşı Paçoli həm də inventarlaşdırma, qiymətləndirmə, hesab və balansı da təsvir edib. Valyutanın hesablanması ilə bağlı uçot qarşısında duran problemi Paçoli çevirmə cədvəli həll etdi.

Paçoli tərəfindən təsvir edilmiş iki hesablı uçot Avropanın şimalına da yayılmağa başladı. Öncə o, Fransa və Almaniya, sonra isə İngiltərə və Skandinaviyaya yayıldı, daha sonra qərbdə İspaniya, onun ardınca isə Atlantik okeanından keçərək Amerikaya çatdı. Rusiyaya isə iki hesablı uçot Polşa vasitəsilə gəldi. Bir qədər keçdikdən sonra o, Çinə və Yaponiyaya da ayaq basdı.

İki hesablı uçot hansı ölkədə peyda olurdusa, orada ona hansısa metodlar əlavə edilir, nəsə dəyişdirilir, nələrsə təkmilləşdirilirdi. Paçolinin ideyası dünyanın əksər alimləri tərəfindən inkişaf etdirilib. 1525-ci ildə Antonio Talyente “Hesabın məşəli” əsərini dərc edir və “iki hesablı uçot” adını gündəmə gətirir. Domeniko Mançini isə 1534-cü ildə ilk dəfə hesabların dəqiq təsnifatını verib, o bütün hesabları “canlı” (fərdi və ya hesablaşmanın hesabı) və “ölü” (qeyri-fərdi hesablar və ya pul və maddi dəyərlər) hesablara ayırmışdı. 1531-ci ildə alman alimi Johann Qotlib balansdakı hesabat göstəricilərinin möhkəmləndirilməsinin zəruriliyini göstərdi. Cirolamo Kardanonun 1539-cu ildə nəşr etdirdiyi kitabda Paçolinin buraxdığı səhvlərin siyahısı verilib, həmçinin  yığım cədvəli ideyası irəli sürülüb. Holland alimi Yan İmpin 1534-cü ildə yaddaşa təkcə başa çatmış əməliyyatları deyil, həm də nəzərdə tutulanları qeyd etməyi təklif edirdi. Alman alimi Volfqanq Şvayker 1549-cu ildə mühasibat uçotunun aparılmasının dəqiq məqsədlərini ifadə etmişdi – gəlirin üzə çıxarılması; o, qeyd edib ki, iki hesablı uçot gəlirin həcmini müəyyən etməyə imkan verir; iki hesablı qeydəalmanın mühasibat uçotunun bir metodu olduğunu müəyyən edib; belə bir qayda irəli sürdü: “sənədsiz qeyd ola bilməz”; hesabların ilk yazışmasını təklif etdi.

1558-ci ildə italyan alimi Alvize Kazanova balans hesabını təklif etdi. Onun həmvətəni Anjelo di Pietro 1586-cı ildə iki hesablı qeydəalma əsasında istehsal və ticarət uçotu metodlarını birləşdirdi. 1608-ci ildə holland alimi Simon van Stevin iki hesablı qeydəalmanı dövlət təsərrüfatı əməliyyatlarına da şamil etdi. Məhz, o makrouçotun banisi hesab olunur. Uçotun elm olduğunu ilk dəfə o, bəyan edib və onun tarixini öyrənməyə başlayıb. Onun həmvətənləri, van Gezel qardaşları təxminən 1698-ci ildə hesabların iki cərgəli hesab nəzəriyyəsinin əsasını qoydular (aktivlər və passivlər üzrə hesab qeydlərinin fərqli xarakterini qeyd ediblər).

Fransız alimi Jak Savarinin ən böyük nailiyyəti 1675-ci ildə  uçotu sintetik və analitik bölümə ayırması hesab edilir. Matye de la Port 1685-ci ildə fransız mühasibat formasını təsvir edib, iki hesablı qeydəalma qaydasını hazırlayıb: “kim pul verirsə – borc verənə çevrilir”; hesabların detallı təsnifatını işləyib hazırlayıb. 1688-ci ildə Françesko Qaratti mühasibatlığın yeni italyan formalarının prinsiplərini ifadə etdi (mühasiblərdən biri jurnalı, digəri – anbardakı uçotu,  fəhlələrin və qulluqçuların şəxsi hesabları) aparır.

XVIII və XIX əsrin əvvəllərində mühasibat uçotu nailiyyətləri arasında yeni mühasibat uçotu formalarının təsvirini vermiş bu alimləri qeyd etmək olar: alman (Fridrix Gelviq, 1776-cı il); amarikan (Edmond Deqranj, 1795-ci il) ingilis (Eduard Tomas Cons, 1790-cı il). Pyer Buşe 1803-cü ildə mühasibat uçotunun qarışıq formalarından istifadə etməyin zəruriliyini göstərib. Fransua Kine realizə hesablarını və cədvəlini kartoçkalar üzərində aparmağı təklif etdi.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email