Mühasibat uçotu – Bir elm sahəsi kimi (1-ci hissə)

birbank biznes

Mühasibat uçotuElmin sərbəst sahəsi kimi təsnifatlaşdırmada iqtisadiyyat elmi çıxış edir, onun tərkib elementini isə mühasibat uçotu təşkil edir.

Mühasibat uçotu – iqtisadi həyatın mahiyyəti və struktur faktları barədə elmdir.

Onun əsas vəzifəsi – iqtisadi proseslərin məzmunun açılması və hüquqi və iqtisadi kateqoriyalar arasında əlaqələrdir, hansı ki, onların köməyilə bu proseslər dərk edilir.

Mühasibat uçotu bir elmi sistem olaraq iqtisadi hadisələr və prosesləri təşkil edir. O, iqtisadi fəaliyyətin nəticəsi kimi mövcud olur.

Mühasibat uçotunun bir sistem və tədqiqat obyekti kimi bütövlüyü iqtisadi hadisələrin və proseslərin ikili (balans) ümumiləşdirilməsi ilə ortaya çıxır. Bu prinsip bütün məlumat mənbələrinin kompleks istifadəsi zamanı ortaya çıxır.

Hərtərəflilik prinsipi bütün daxili əlaqələr və uçot sistemi münasibətləri, onun fəaliyyətinə təsir göstərən bütün amilləri nəzərə almağı tələb edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İqtisadi idarəetmə sistemində mühasibat problemlərinin araşdırılmasının mürəkkəbliyi, dinamik iqtisadi proseslər şəraitində təsərrüfat subyektlərinin sənaye və təsərrüfat fəaliyyətinin təşkilati və texniki imkanlarını koordinasiya etmək üçün çox sayda variantların mövcudluğu ilə bağlıdır. O səbəbdən xüsusi tədqiqat obyekti kimi sistemli yanaşma zamanı uçot, planlaşdırma, təhlil, nəzarət və s. arasında əlaqələr strukturu ayrılır.

Subordinasiya prinsipi tədqiqat zamanı hansısa dəqiq müəyyən edilmiş kriteriyalara (çeviklik, adekvatlıq, idarəolunma) rəğmən dəqiq iyerarxiya elementləri qurulmasını tələb edir.

Mühasibat uçotunun dinamiklik prinsipi sistemlərin bütün xrakteristikalarına başlanğıc rolunun tam əksinə dəyişdirilməsi kimi baxmaq lazımdır.

Bir sistem kimi dinamik mühasibatlıq uçotu həm təsərrüfat subyektləri daxilində, həm də cəmiyyətdə yeni iqtisadi əlaqələrin mövcudluğundan, təşkilatın forma və metodlarının davamlı təkmilləşdirilməsindən asılıdır.

Əvvəlcədən düşünülmüş əks etdirmə prinsipi daimi aktual problematikaların mövcudluğunu nəzərdə tutur, yəni sistemin indiki vəziyyətini müəyyən etmək deyil, gələcəkdə onun mümkün olan ən yaxşı vəziyyətini proqnozlaşdırmağı tələb edir.

Mühasibat uçotu müstəqil informasiya sistemidir, onun formalaşması cəmiyyətdə iqtisadi proseslərin idarə edilməsində onun rolunun artırılması kontekstində yeni tələblər ilə müəyyən edilir.

Ölkənin iqtisadiyyatının sosial yönümlü bazar münasibətlərinə keçid istiqamətində inkişafı, mühasibat uçotunun islahatını, iqtisadi islahatların gedişatına uyğun olan mühasibat uçotunun qiymətləndirilməsi və inkişaf istiqamətləri axtarışını tələb edir.

Bir elm kimi mühasibat uçotuna nəzəri və praktiki problemlərin tədqiqatı və öz inkişafı qanunauyğunluğu və iqtisadiyyatın bazar modelinə adaptasiya olunması məqsədilə inkişafı xasdır.

Dərketmə nəzəriyyəsi funksiyası və hər bir elm, təzahürlər və hadisələrin bir-biri ilə necə əlaqəli olmasını izah etməkdən ibarətdir. Bu tam şəkildə mühasibat uçotuna da aiddir. Mühasibat uçotu nəzəriyyəsi və onun təcrübədə mövcudluğu arasında müəyyən əlaqə mövcuddur: nəzəriyyə mühasiblərin təcrübədə nə etdiklərini və ya nə etməli olduqlarına məntiqli izahını vermək üçün nəzərdə tutulub. Başqa sözlə, prinsiplərin dəyişməsi, mühasibat uçotunda ortaya çıxan problemlərin həllini tapmağa səy göstərməkdən və nəzəri intizam bazasını formalaşdırmaqdan asılıdır.

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email