Mühasibat uçotunun inkişaf mərhələləri (13-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (13-cü hissə)

12-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotunun italyan məktəbinin inkişafı

XVXVIII əsrlərdə İtaliyada uçot

İtalyanlar qədim Roma mühasibatlıq ənənələrinin davamçıları idi, onlar da Yaddaş kitabı, Memorial və Əsas kitab adlandırılan eyni uçot registrlərindən, kodekslərindən istifadə edirdilər. Lakin, onları pul ölçüsündə aparırdılar.  Əsas kitaba kapital hesabları daxil edildikdən sonra isə ikili qeydiyyat ortaya çıxdı. Əvvəlcə mühasibatlıq hər bir firmada müstəqil şəkildə inkişaf edirdi. Sonra mətbəə kitabları ortaya çıxdı, çap mühasibatlığı yarandı. Onun meydana çıxmasını iki adla əlaqələndirirlər – B. Kotrulyi və L. Paçoli.

B. Kotrulyi Raquzadan olan tacir idi və 1458-ci ildə “Ticarət və mükəmməl tacir barədə” kitabını yazmışdı. Həmin kitab 1573-cü ildə çap edilmişdi. Luka Paçoli isə dünya şöhrətli riyaziyyatçı və Leonardo da Vinçinin dostu idi. O, “Hesabın məbləği, həndəsə, nisbətlər və münasibətlər barədə elm” (1494-cü il) və “Hesabat qeydləri haqda XI traktat” kitablarında ikili qeydiyyat prosedurunu ifadə etmişdir. L. Paçoli uçotun əsas məqsədini – öz işlərini lazımi qaydada aparmaq adlandırmışdı  ki, həm borc, həm də tələblərlə bağlı hər cür məlumatı gecikmədən əldə etmək mümkün olsun. İtaliyadakı ikili qeydiyyatın inkişafı ilə mühasibat uçotunun iki qarşılıqlı məqsədi ortaya çıxdı: hüquqi – borcların və tələblərin miqdarının operativ şəkildə müəyyən edilməsi; iqtisadi – öz işlərinin düzgün təşkili. Uçot qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün uçot registrlərini doldurmaq zəruri idi, bununla əlaqədar olaraq, bütün mühasibatlıq bir çox yüzilliklər ərzində kitabların aparılması sənəti kimi müəyyən edilirdi.

Kotrulyi və Paçolidə ticarət sahəsində mühasibat uçotundan söhbət gedir və ikili qeydiyyat xalq təsərrüfatının bu sahəsinə aid edilirdi; A. Kazanova ikili qeydiyyatı gəmiqayırma sahəsində genişləndirirdi; A. di Pyatero –monastr təsaərrüfatı və bankların uçotunda; D. Mosketti – sənaye sahəsində; L. Flori hospitallar, dövlət təşkilatları və ev təsərrüfatlarında; B. Venturi – kənd təsərrüfatında.

İtalyan məktəbi ümumi mühasibat məsələlərinin təfsiri ilə deyil, mühasibat uçotu prosedurunun hərtərəfli təsviri ilə xarakterizə olunurdu. Paçolinin traktatındakı fəsillərin qaydası uçot qeydiyyatının ardıcıllığını tam əks etdirir. O, mahiyyəti cansız obyektləri nəzərə alan hesabların fiziki şəxslərin hesabları kimi qiymətləndirilməsinə səbəb olan fərdi yanaşmadan istifadə etmişdir. O, Paçolinin iki postulatı adlandırılan və mühüm iki məqamı olan iqtisadi fəaliyyətin əsas məlumat modelini yaratdı:

1) debet dövriyyələrinin məbləği həmişə eyni hesab sisteminin kredit dövriyyələrinin məbləğinə bərabərdir;

2) debet balansının məbləği həmişə eyni hesab sistemlərinin kredit balansının məbləğinə bərabərdir.

Bu dövrün bütün italyan müəllifləri fərdiləşdirmə mövqeyində qaldılar və onların verdiyi töhfələr Paçolinin ayrı-ayrı müddəalarının dəqiqləşdirilməsi və inkişafı ilə bağlı idi. İqtisadi həyat faktını xarakterizə edərkən, Paçoli nəzərə alınmalı olan dörd zəruri anı fərqləndirirdi:

1) subyekt;

2) obyekt;

3) zaman;

4) məkan.

Bu məqamlara dörd sual müvafiq gəlir: kim, nə, nə vaxt, harada?

Hesabların sintetik və analitik bölünməsi üçün mühasibat təcrübəsinin olmaması orta əsr firmalarının balans hesabatlarında maddələrin həddən artıq yüklənməsinə səbəb olurdu. Orta əsrlərin balans tərtibatında maraqlı bir məqam, hesablamalardakı arifmetik səhvlər nəticəsində yaranan debet və kredit dövriyyələri arasındakı fərqin təsdiqlənməməsi, mənfəət və zərər hesabına silinməsi idi.


14-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *