Mühasibat uçotunun inkişaf mərhələləri (15-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (15-ci hissə)

14-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotu,İtaliyanın uçot məktəbinin hüquqi istiqamətinin nümayəndələri N. d’Anostasio, F. Villa, D. Çebroni, D. Bornaçini və başqaları olmuşlar. Onlar uçotda iki fikri inkişaf etdirmişlər:

1) uçot – bu, mülkiyyətçinin hüquq və öhdəliklərinin qeydiyyatıdır;

2) uçot sisteminin mərkəzində kapitalın uçotu dayanır.

İqtisadi həyatın bütün faktları bu hesaba təsir etməlidir. Bu dördlü sistem adlanırdı, belə ki, hər əməliyyat ən azı dörd dəfə qeyd tələb edirdi. Bu yanaşma mühasibat uçotu sənədlərinin nəzarət əhəmiyyətini gücləndirdi. Çünki kapitalın bir hesabında müxtəlif təsərrüfat əməliyyatlarının düzgünlüyünü təsdiq edən nəzarət nəticələri alınmalı idi.

İtaliya uçotunda iqtisadi istiqamətin nümayəndələri D. Krippa, F. Besta, V. Alfiyeri, Q. Gidilya, A. Stabilini, D. Malone və başqaları olmuşlar. İqtisadi istiqamətin tərəfdarları hesab edirdilər ki, son nəticədə bütün hesablarda maddi dəyərlər nəzərə alınır. Materialist nəzəriyyənin adı elə buradan qaynaqlanırdı. Bütün hesablar kapitalın strukturunu açıqlayan kapitalın iki qrupuna və onun hissələrinə bölünürdü. İqtisadi istiqamət nümayəndələrinin fikrincə, uçot dəyərlərin dəyişməsini, əşyaların hərəkətini qeydə alır, öhdəliklərin dinamikası isə yalnız nəticədir.

Bu istiqamətlərin rəqabətinin təsiri altında İtaliyada üç uçot məktəbi yaradılmışdı: Lombardiya, Toskaniya və Venetsiya.

Lombardiya məktəbi. Onun yaradıcısı F. Villa (1801-1884-cü il) idi. O, mühasibat uçotunun hüquqi və iqtisadi məqsədlərinin böyük sintezini həyata keçirmiş, mühasibat biliklərini sistemləşdirmiş, əsas mühasibat kateqoriyalarını konseptual şəkildə dərk etmişdir. Villa hesab edirdi ki, mühasibatlıq elm səviyyəsinə yüksəlib, öz prinsiplərini və kateqoriyalarını araşdırmalıdır. Təcrübədə bu, hesab və kitabların saxlanmasına tətbiq olunan iqtisadi və inzibati anlayışlar kompleksi idi. Onun məqsədi təsərrüfat və əmlakın təşkilinə nəzarət etməkdir. Nəzarət dəyərlərin qorunub saxlanmasını və onlardan istifadənin səmərəsini, ehtiyatların açılmasını, minimum xərclərdə maksimum nəticələrin təmin edilməsini nəzərdə tutur. Bu mövqe Villanı italyan mühasibatlığının atası etdi.

Villanın fikrinə görə, mühasibat uçotu özündə üç hissəni ehtiva edir:

1) iqtisadi-administrativ münasibətlər sahəsi (uçot nəzəriyyəsi);

2) registrlərin aparılması qaydası və onların praktiki tədqiqatları;

3) idarəetmənin təşkili, o cümlədən hesabların təftişi.

Villa bütün hesabları üç qrupa bölürdü:

1) depozit (əmlak);

2) şəxsi;

3) metodoloji yekun (zərər və gəlirlərin hesabı, giriş və yekun balansın hesabı).

Beləliklə, Villanın mühasibat uçotu kompleks iqtisadi-hüquqi elm idi. O, özündə hüquqi və iqtisadi yük daşıyan ikili qeydiyyatı və informasiyanı bir-birindən ayırırdı.


16-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email