Mühasibat uçotunun inkişaf mərhələləri (43-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (43-cü hissə)

42-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

inventarlaşdırma,Mühasibat uçotu,Montqomerinin ardıcılları olan R.K. Muts və X.A. Şaraf aşağıdakı müddəaları tərtib etmişdilər:

  1. Hesabat yoxlanılmalıdır.
  2. Auditor və administrasiya arasında maraqların toqquşmasını ehtimal etmək olmaz.
  3. Maliyyə hesabatları və onu təsdiq edən sənədlər qeyri-dəqiqlikdən və sirlərdən azaddır.
  4. Hesabat məlumatlarının obyektivliyi daxili nəzarətin effektivliyinə birbaşa mütənasibdir.
  5. Hesabat standartlara uyğun olaraq doldurulmalıdır.
  6. Audit yoxlaması sonuncu ola bilməz.
  7. Auditorun rəyi yalnız onun səlahiyyətindən asılıdır.
  8. Auditorların peşəkar öhdəlikləri onların vəzifə statusuna cavab verməlidir.
  9. Hesabat məlumatlarının faydalılığı onların yoxlanılmasının dərəcəsi ilə birbaşa mütənasibdir.
  10. Auditorun rəyi auditor tədqiqatının özü ilə müqayisədə daha çox məlumat verə bilməz.
Bu müddəalar audit standartlarının əsasını təşkil etmişdir. Onlar yenidən işlənmiş və tamamlanmışdır. Amerika mühasibatının böyük xidməti kimi peşə etikası müddəalarının işlənib hazırlanmasını qəbul etmək olar.

Bu tələblər ilk dəfə Montqomeri tərəfindən irəli sürülüb, müasir etikanın yaradıcısı isə mühasib D.L. Kerri hesab olunur. Mühasibat uçotunun elmi şərhi bir çox Amerika tədqiqatçılarını inandırmağa gətirib çıxardı ki, mühasibat məlumatları iqtisadi proseslərdə məşğul olan şəxslərin maraqlarını əks etdirir və mühasibat məlumatları müəssisələrin agentlərinin və müxbirlərinin psixologiyasını açıqlayır.

1967-ci ildə Amerika mühasiblər assosiasiyası (AAA) mühasibin əxlaq qaydaları kodeksini işləyib hazırladı ki, bu da mühasibin statusunu möhkəmləndirdi və işəgötürən tərəfindən onun əməyinə olan tələbatı yüksəltdi. Mühasibin etik kodeksi böyük mənəvi və peşəkar gücə malikdir. O, təkcə firmada mühasiblərin statusuna deyil, həm də mühasibat uçotunun təşkilati strukturuna təsir göstərir. Amerika cəmiyyətində mühasibat uçotunun rolunun artması xüsusi nəzarətçi vəzifəsinin ortaya çıxması ilə bağlıdır. Onun səlahiyyətlərinə maliyyə və uçot direktivlərinin hazırlanması və yoxlanılması, hesabatların təqdim edilməsi, smetanın tərtib edilməsi və onun yerinə yetirilməsinə nəzarət, normativ və faktiki məlumatların tərtib edilməsi və qiymətləndirilməsi daxildir.

Bu funksiyalar müəssisədə dörd uçot şöbəsinin formalaşmasına gətirib çıxarır: 1) plan; 2) maliyyə; 3) invektor; 4) istehsal.

Belə struktur idarəetmə uçotunun yaranmasına səbəb olmuşdur.

Korporasiya daxilində təşkilati strukturu iki variant təmin edə bilər: ya filialın baş mühasibi firmanın baş mühasibinə tabedir, ya da o, filialın idarəedici şefinə tabedir. Lakin bütün hallarda o, mühasibin peşəkar etik kodeksinə əməl edir.

Beləliklə, mühasibat uçotunu idarəetmə alətinə çevirmək istəyi ingilisdilli ölkələrin mühasiblərini psixologiyadan istifadə etməyə gətirib çıxardı. Psixoloji şərh sayəsində mühasibat işinin standartlaşdırılması təmin olunurdu. Bu da əvvəlcədən verilmiş variantlar dəstinə çevrildi və bu da kompüterin istifadəsini asanlaşdırdı. İstiqamətin sonrakı inkişaf etdirilməsi idarəetmə uçotunun yaranmasına gətirib çıxardı. Həm idarəetmə, həm də mühasibat uçotunun özlərinin müstəqil məlumat bazaları var: birinci – şifahi məlumatlara yer verir və hesablama metodlarından istifadə edir. İkinci – yalnız sənədləri və onların qeydiyyatını həyata keçirir. İdarəetmə uçotunda dəqiqlik operativliyə qurban verilir.

9-cu mövzu. Kameral mühasibatlıq
Orta ərslərdə Avropada uçot idarələrdə (otaqlarda – latınca kameralarda) aparılırdı. Qəbulların məcmusu kameral adını almışdı və böyük dəyişikliklərə məruz qalaraq, o, bu günə qədər öz mövcudluğunu qoruyub saxlamışdır. Tədqiqatçılar hesab edirlər ki, kameral mühasibatlığın ikili mühasibatlıqla heç bir əlaqəsi yoxdur. Çünki mühasibat uçotu obyektləri və vəzifələri fərqlidir.

Əgər ikili mühasibatlıqda uçotun obyekti əmlakdırsa, o zaman kameral mühasibatlıqda pulun kassada uçotu aparılır. Kameral mühasibatlığın vəzifəsi pul vəsaitlərinin xərclənməsi və mədaxilidir, onunla gözlənilən gəlir və xərclərin uçotu, eləcə də ödənilməli olan ödənişlər üzrə kontragentlərlə hesablaşmaların uçotu əlaqəlidir. Kameral mühasibatlıq dövlət təsərrüfatında inkişaf etmişdir.


44-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email