Mühasibatın tarixi: cızıqlardan ikili yazılışadək

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu metodologiyasının inkişaf mərhələləri

Mühasibatın tarixi öz inkişafına müxtəlif mərhələlərdən keçmiş, inkişaf etmiş, mürəkkəbləşmiş və təkmilləşmişdir. Eyni zamanda, əvvəlki mərhələlərin nailiyyətləri üzvi şəkildə sonrakı mərhələlərin tərkibinə daxil edilir və onlarda əriyir, vəhdət halına gəlirdi. Alimlər uçotun metodologiyasının altı əsas mərhələdən keçdiyini qeyd edirlər:

Natural uçot dövrü

Mühasibatın tarixi inkişafının bu mərhələsi insan sivilizasiyasının inkişafının mühüm dövrü ilə bağlıdır, e.ə. 4 min — e. ə. V əsri əhatə edir. Uçotun yaranmasının əsasları bu mərhələdə qoyulub. Proses təsərrüfat fəaliyyətinin subyektləri tərəfindən onlarda olan əmlak vahidlərini nəzərə almaq zəruriliyinin dərk edilməsi ilə şərtlənir. Bu dövrdə “təsərrüfat fəaliyyəti faktı” və “inventarlaşdırma” kimi anlayışlar yarandı. Hazırda göstərilən anlayışlar mühasibat uçotu üzrə qüvvədə olan qanunvericilik aktlarında tətbiq edilib.

Bu dövrün mühasibinin düşüncəsi olduqca primitivdir, o, gördüyünü və işlədiklərini uçotda əks etdirmək istəyir. Əvvəlcə sadəcə əks etdirmək, sonradan dəqiq əks etdirmək ideala çevrilir. Təsərrüfatda baş verənləri uçotda nə qədər dəqiq qeyd etsə, bir o qədər yaxşıdır. Mühasibat uçotunun mərkəzi konsepsiyası – təsərrüfat fəaliyyəti faktının qeydiyyatı – yaranır.

Mühasibatın tarixi inkişafının bütün mərhələsində uçot həmişə təsərrüfat fəaliyyəti faktlarına əsaslanmış, əsaslanır və əsaslanacaq. Müəssisənin istənilən əmlak vahidi uçotda qeyd edilməlidir. İnventarizasiya  və onunla birlikdə material (inventar) hesabları belə yaranır. Tərəflərin öhdəliklərini doğuran hər bir təsərrüfat fəaliyyəti faktı mühasibat uçotunda da öz əksini tapmalıdır. Bu qarşılıqlı hesablaşmaların üzləşdirilməsi kimi uçot metodunun yaranmasına səbəb olur, habelə hesablaşmaların uçotu uçün hesablar yaranır.

Mühasibat uçotunun dəyər dövrü

Mühasibatın tarixi inkişafının ikinci inkişaf mərhələsi (e.ə. V əsr –  1300 il) pulun yaranması ilə bağlıdır. Pulun yaranması yeni metodologiyanın – qiymətləndirmənin yaranmasına səbəb oldu. Qiymətləndirmə pulun dəyər ölçüsü kimi çıxış etdiyi bütün hallarda həyata keçirilirdi. Həmin andan etibarən mühasibat uçotunun obyekti-təsərrüfat fəaliyyətinin faktı ikiləşdi, çünki o, əvvəlcə təbii ölçüdə, sonra isə (yaxud eyni zamanda) pul ölçülərində əks olunmağa başladı.

Bu dövrdə yaranan ilk mühasibat növü – patrimonial mühasibat uçotu (əmlakın, mirasın uçotu) – pul funksiyası ilə dəyərləndirmə tədbiri kimi tətbiq edilirdi. Uçotun bu növünü mühasibat uçotunda qiymətləndirmə kimi metodun yaranması və inkişafının başlanğıc nöqtəsi hesab etmək olar.  Bu uçot növündə sonrakı dövrlərdə istifadə olunan dəyər və natural ifadədə qiymətləndirmənin əsası qoyulub.

Tətbiq edilən İkinci növ mühasibat uçotu – kameral – pul vəsaitlərinin ödəniş vasitəsi kimi funksiyası ilə bağlı idi. Təsərrüfat fəaliyyəti faktları üzrə  pul vəsaitlərinin hərəkətinin uçotunun əsasını təşkil edirdi.

Mühasibatın tarixi inkişafının diqrafik mərhələsi

1300 – 1850-ci illəri əhatə edən bu mərhələdə təsərrüfat fəaliyyətinin maliyyə nəticəsini müəyyən etmək istəyi və ehtiyacı patrimonial uçotun ikiyə bölünməsinə səbəb oldu:

  • uniqrafik (sadə yazılış);
  • diqrafik (ikili yazılış).

Mühasibatın tarixi inkişafının diqrafik mərhələsi bazar münasibətlərinin inkişafı və kapitalizmin yaranması ilə paralel formalaşırdı. Bu dövrün tendensiyaları:

  • mülkiyyətçilər tərəfindən məsul şəxslərə həvalə edilmiş maddi sərvətlərin və vəsaitlərin mövcudluğunu və hərəkətini əks etdirməyə;
  • təsərrüfat subyektlərinin maliyyə nəticələrini (mənfəət və ya zərər) müəyyən etməyə imkan verən yeni metodologiyanın yaradılmasına səbəb oldu.

Məhz bu dövrdə yeni mühasibat uçotunun ilkin şərtləri meydana çıxdı. Onun metodoloji aləti kimi uçota alınan bütün obyektlərin məcburi qiymətləndirilməsi ilə ikili yazılışdan istifadə çıxış edirdi. Lakin bu mərhələdə irəli sürülən bütün təxminlər çox şərti idi və heç bir praktiki məna daşımırdı.

Bu gün mühasibat uçotunun hər iki sahəsi mövcuddur, lakin ümumilikdə diqrafik (ikili yazılış) əsaslı uçot daha çox inkişaf etmişdir. Eyni zamanda kiçik biznesin inkişafı, kompüter texnologiyasının yaranması sadə uçota əsaslanan uniqrafik uçotdan istifadəyə marağı artırır.

Qeyd edək ki, mühasibat tarixində bu inkişaf mərhələsi  fransiskan rahibi və məşhur italyan alimi Luka Paçolinin (1445-1517) ikili yazılış kimi unikal üsulun şərhi ilə yadda qalıb. Luka Paçolinin 1494-cü ildə Venesiyada nəşr olunmuş “Hesabın, həndəsənin məbləği, proporsiyalar və münasibətlər haqqında təlimlər” kitabının “Hesablar və qeydlər haqqında traktat” adlı 11-ci bölməsində  ikili qeydiyyat üsulu təsvir edilib.

Düzdür, mühasibatın tarixi inkişafında bir çox elm adamları mühasibat uçotu metodologiyası ikili yazılış üsulunu sadələşdirməyə və əvəzləməyə çalışdılar. Lakin bu unikal üsula layiqli alternativ ortaya çıxmadı. Amma həmin dövrdə bir-sıra elm nümayəndələrinin fikir və çalışmaları başqa məqaləmizin mövzusudur.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *