Mühasibat uçotu: təşəkkül və inkişafı (7-ci hissə)

mühasib, vakansiya, Mühasibat uçotu,Mühasibat uçotu: təşəkkülü, inkişafı və təşkilatların idarə olunmasında onun müasir rolu (7-ci hissə)

6-cı hissəni oxumaq üçün keçidə daxil olun.

Daxili mübadilə əməliyyatları dəyərlərin hərəkəti ilə bağlı olan əməliyyatlara və maddi-qeyri-maddi əməliyyatlara (təbii azalmalar, çatışmazlıqlar, artıqlıqlar) bölünmüşdür. Bundan əlavə, Gilbo və Leote uçotun üç funksiyası adlandırılan doktrinasını inkişaf etdirməklə işləyib hazırlamışlar:

  1. hesablama – xüsusi məntiqin hazırlanması, obyektlərin təsnifatı ilə bağlıdır;
  2. sosial-müxtəlif ictimai qrupların maraqlarının uyğunlaşdırılmasına yönəlib;
  3. iqtisadi-hesabların köməyi ilə iqtisadi proseslərin idarə olunmasını həyata keçirməkdən ibarətdir.

Əslində, bu fransız alimləri idarəetmədə mühasibat uçotunun rolunu müəyyənləşdirdilər: onlar ilk dəfə mühasibat uçotunun idarəetmənin əsas funksiyalarından biri olduğuna diqqət yetirdilər.

İtaliya alimləri və onların yaratdığı elmi məktəblər mühasibat uçotu və hesabatların nəzəriyyəsi və metodologiyasının inkişafına əhəmiyyətli töhfə vermişdir.

N. dʼ Anastasio mühasibat sisteminin mərkəzinə “kapital” kateqoriyasını qoydu və uçotun – mülkiyyətçinin hüquqlarının qeydiyyatı və öhdəlikləri olduğunu iddia etdi.

F. Villanın (1801-1884 – cü illər) fikrincə, mühasibatlıq hesab və kitabların aparılmasına əlavə edilən iqtisadi-inzibati anlayışlar kompleksindən, həmçinin idarəetmənin təşkilindən ibarətdir. Onun məqsədi təşkilatın təsərrüfat və əmlaka nəzarət etməsidir. Nəzarət dəyərlərin qorunmasını və onlardan istifadənin səmərəliliyini, ehtiyatların açılmasını, minimum xərclərdə maksimum nəticələrin təmin edilməsini nəzərdə tutur. Maddi məsul şəxsi Villa qoruyucu adlandırırdı, bu zaman məsuliyyəti artırılan maddi məsuliyyətli şəxs debet edilir, məsuliyyəti azalmaqda olan maddi məsul şəxs isə kredit edilir.

F. Marçı (1822-1871-ci illər) və D. Çerboni (1827-1917-ci illər) Toskan elmi məktəbinin əsasını qoymuşlar. Bu elmi məktəb şəxsləri dörd qrupa ayırırdı: agentlər (maddi cəhətdən məsuliyyətli şəxslər); müxbirlər (hesablaşmalar aparılan şəxslər); inzibatçı və mülkiyyətçi.

Bu elmi məktəbdə dörd tədqiqat istiqaməti ayrılmışdır:

  1. idarəçilərin obyektiv qanunlarının və subyektiv hərəkətlərinin və bu hərəkətlərin nəticəsi olan nəticələrin açıqlanması məqsədi ilə iqtisadi həyat faktlarının tədqiqi;
  2. müəssisənin ümumi idarəetmə sistemində təsərrüfat strukturunun, funksiyalarının və onların səmərəliliyinin tədqiqi;
  3. təsərrüfat həyatı faktlarının təsvir aparatının seçilməsi məqsədi ilə riyazi metodların öyrənilməsi;
  4. hüquqi və iqtisadi mahiyyətin logisrofik tədiqat yolu ilə faktların aşkar edilməsi məqsəd ilə, eləcə də bütövlükdə təsərrüfata təsirin məntiqi tədqiqi. Logismoqrafiya mühasibat aparatının hesablarının və strukturunun iyerarxik ardıcıl fərqləndirilməsini nəzərdə tutur.

D. Çerboni postulatı aşağıdakı kimi idi: müəssisənin kredit borcunun məbləği onun mülkiyyətçisinə həmişə öz agentləri və müxbirləri ilə bu müəssisənin hesablaşmalarının balansına bərabərdir. Beləliklə, bu məktəb mühasibat uçotunun analitikliyinin artırılmasına mühüm töhfə vermiş və hesabatlarda əks olunan informasiyanın məzmununun keyfiyyətinə MHBS-nın müasir tələblərindən birini: hüquqi forma üzərində təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun prioritetini praktikada tətbiq etmişdir.

Pyetro d ‘ Alvizenin elmi nəzəriyyəsinə logismologiya adı verilmişdir. Onun nəzəriyyəsinin əsasında uçot-analitik informasiyanın keyfiyyətinə səkkiz müvafiq, əhəmiyyətli müasir tələb durur: düzgünlük, vaxtında yerinə yetirilmə, nisbi tamlıq, sənədləşdirilmiş əsaslılıq, xronoloji ardıcıllıq, bağlılıq və ya əlaqələndirmə, spesifiklik, eynicinslilik.

D. L. Krippo hesab edirdi ki, uçotun məqsədi əmlakın həcminin və tərkibinin daim dəyişməsi ilə bağlı olan iqtisadi fəaliyyətin nəticələrini araşdırmaqdan ibarətdir.

Giuseppe Rossi-hesablamaların şahmat formasının yaradıcısıdır. O, mühasibat qeydlərini iqtisadi proses iştirakçılarının mənəvi və hüquqi məsuliyyətini qeydə alan simvollar olduğunu iddia edirdi.

Hər bir mühasibatlıq iki elementdən ibarətdir: kadrlar və qeydiyyat.

O, mühasibatlığın işini üç mərhələyə bölürdü:

  1. təlimatların, habelə gəlir və xərc smetalarının tərtib edildiyi ilkin mərhələlər;
  2. cari mərhələ, uçotun aparılmasına nəzarətin həyata keçirildiyi;
  3. növbəti mərhələ, uçot hesabatlarının tərtib edildiyi və təqdim edildiyi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
“Mühasibat, Audit və Kadr Xidmətləri“ üçün linkə daxil olun.
Mühasibat uçotu
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *