Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (12-ci addım, 2-ci hissə)

birbank biznes

mühasibat uçotuMühasibat uçotu ilə bağlı 12-ci addım, 2-ci hissə

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Qalığın azalması metodu (ikili tənəzzül):  Bu metod aşağıdakı kimi hesablanır: düzxətli metod zamanı istifadə edilən amortizasiya norması, faizlə ifadə olunan sürətləndirici əmsalına vurulur. Bu, 100% – dən 200% -ə qədər dəyişir. 200%-lik əmsal daha geniş yayılıb. Ondan istifadə zamanı balans dəyərinin ikiqat azalması baş verir. Bu proses adətən ikiqat amortizasiya dərəcəsi ilə azalan qalıq metodu adlanır. Düzxətli amortizasiya normasını götürüb, onu sürətləndirmə əmsalına və əsas aktivin balans dəyərinə vururuq və həmin dövr üçün amortizasiya dəyərini əldə edirik. Bu məbləğ aktiv balans dəyərindən çıxılır. Bu yolla əldə olunmuş aktiv balans dəyərinin qalığı sonrakı dövrə köçürülür və bütün bu prosedur təkrarlanır.

Nümunə: Yük avtomobilinin faydalı xidmət müddəti 5 ildir.  Buna müvafiq olaraq, düz xəttli metodda hər il üçün aşınma dərəcəsi 20% (100% / 5) olmuşdur. İkili qeydə alınma metodunda amortizasiya dərəcəsi 40% (2×20%) olacaq.

1-ci ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x10.000=4000, qalıq qiyməti 6000

2-ci ilin sonu:  ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x6000=2400, qalıq qiyməti 3600

3-cü ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x3600=1440, qalıq qiyməti 2160

4-cü ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri 40% x2160=864, qalıq qiyməti 1296

5-ci ilin sonu: ilkin qiymət 10.000, illik aşınma dəyəri  296, burada 1000 manat ləğvetmə dəyəri kimi çıxılır və cəmi 296 manat qalır.

Burada biz amortizasiyanın sabit dərəcəsinin həmişə əvvəlki ilin xalis dəyərinə tətbiq olunduğunu görürük. Ən böyük aşınma məbləği ilk ilə təsadüf edir, sonrakı illərdə isə azalma müşahidə olunur. Nəhayət, son ildə ləğvetmə dəyəri çıxıldıqdan sonra məhdud məbləğ qalır.

Amortizasiya hesablama üsulu istehsal həcminə mütənasibdir: Bu amortizasiya üsulu aktivin faktiki fiziki istifadəsinə əsaslanır.

Nümunə: Yük maşınının xidmət ömrü 90000 km olaraq hesablanır. 1 km-lik amortizasiya xərci aşağıdakı kimi müəyyən ediləcək:

İlkin qiymət – Ləğvetmə qiyməti = 10000-1000 = 0,1/km.

İş vahidlərinin təxmin edilən sayı 90000

Əgər təxmin etsək ki, istismarın ilk ilində avtomobil 20.000 km, ikinci il 30.000 km məsafə qət edib. Üçüncü il 10.000 km, dördüncü il 200.000 km; və beşinci il 10.000 km yol qət edib; onda bu belə ifadə olunacaq:

1-ci ilin sonuna ilkin qiymət 10.000, qət edilən məsafə 20.000 km, illik aşınma məbləği 2000

2-ci ilin sonu, ilkin qiymət 10.000, məsafə 30.000, aşınma məbləği 3000

3-cü ilin sonu, ilkin qiymət 10.000, məsafə 10.000, aşınma məbləği 1000

4-cü ilin sonu, ilkin qiymət 10.000, məsafə 20.000, aşınma məbləği 2000

5-ci ilin sonu, ilkin qiymət 10.000, məsafə 100.000, aşınma məbləği 1000

Bu metod obyektin faydalı ömrü boyunca qaytarılması kifayət qədər dəqiqliklə müəyyənləşdirildikdə tətbiq edilməlidir. Ləğvetmə dəyəri çox vaxt əhəmiyyətli hesab olunmur və praktikada tez-tez nəzərə alınmır.

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email