Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (9-cu addım)

9-cu addım

İstehsal müəssisələri ilə ticarət müəssisələri arasında fərqdən agah olmalı və hansı müəssisələrə maddi aktivlərin, hansılarına hazır məhsulların zəruri olduğunu bilməli.

Məhsul istehsalı üçün və məhsulu realizə etmək üçün nəzərdə tutulmuş istehsal müəssisələri mürəkkəb, kompleks mexanizmdir. Yəni, istehsal müəssisəsinin əsas vəzifəsi, bir mal-maddi dəyəri bir başqa dəyərə çevirməkdən və yaxud başqa sözlə ifadə etsək, hazır məhsullar buraxmaqdan ibarətdir. İstehsal müəssisəsinə əsas, köməkçi, yardımçı, ikinci dərəcəli və eksperimental sahələr daxildir.

  • Əsas istehsal – bura satış üçün məhsullar və yarımfabrikantlar istehsalı daxildir;
  • Köməkçi istehsal – bu istehsal sahəsi, müəssisənin əsas istehsal sahəsinə, eləcə də istehsaldan ötrü lazım olan digər sahələrə (təmir, nəqliyyat, alətlər sexi və s.) xidmət edir;
  • İkinci dərəcəli sexlər əsas istehsalın tullantıları ilə məşğul olur, onların utilizasiyasına (məsələn, tekstil tullantılarından marli, pambıq tullantılarından pambıq məhsulları və s. istehsal edir) xidmət edir;
  • Yardımçı istehsal – bu sexlər qablaşdırma, qablaşdırma materialları, paketlər və s. istehsalı ilə məşğul olur.
  • Eksperimental istehsal – bu sexlərdə eksperimentlər həyata keçirilir və həmin eksperimentlər nəticəsində gələcəkdə istehsal ediləcək məhsulların təcrübə nümunələri hazırlanır.

İstehsal prosesini belə təsvir etmək olar: Materiallar – Əsas istehsal – Hazır məhsullar.

Ticarət müəssisələri: Ticarət müəssisələrinin əsas məşğuliyyəti – bu, malların bir müəssisədən və ya ticarət təşkilatından əldə edib, digər bir müəssisəyə və ya istehlakçıya çatdırılmasından ibarətdir. Və mühasibat uçotu nöqteyi-nəzərincə, ticarət müəssisələrində  hər şey istehsalda olduğundan daha asan təşkil olunub. Ticarət müəssisələrində bir məhsulun digər bir məhsula çevrilməsi prosesi aparılmır. Onlar yalnız aldıqlarını satırlar. Burada istehsalda lazım olan üç anlayışın yerinə, yalnız bir anlayış var – Mallar.

Ticarət müəssisələri topdansatış və pərakəndə satışa ayrılır.

Topdansatış ticarətinə ticarət bazaları, ticarət evləri, anbarlar aiddir. Topdansatış ticarət müəssisələri malları digər ticarət və ya istehsal müəssisindən alıb, başqa ticarət müəssisələrinə satırlar.

Pərakəndə satış müəssisələrinə isə əsasən mağazalar aiddir. Mağazalar və ya pərakəndə satış həyata keçirən müəssisələr, başqa müəssisədən, topdansatış ticarət yerindən aldıqları məhsulları əhaliyə, adi alıcılara satmaqla məşğul olurlar.

Məqalənin 8-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.  

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *