Mühasibat uçotunun predmeti və metodu barədə

Mühasibat uçotunun predmeti

Müəssisənin və ya fiziki şəxsin təsərrüfat fəaliyyəti mühasibat uçotunun predmeti hesab olunur, hansı ki, aşağıdakı iqtisadi vasitələrlə həyata keçirilir:

  • əsas vəsaitlər;
  • qeyri-maddi aktivlər;
  • dövriyyə vəsaitləri;
  • pul vəsaitləri;
  • ödəniş vəsaitləri;
  • mücərrəd vəsaitlər.

Əsas vəsaitlər – bu vəsaitlər müəssisənin uzunmüddətli iqtisadi fəaliyyətində iştirak edir, öz formasını qoruyub saxlayır və istehsal olunan məhsulun maya dəyərinə qismən (amortizasiya ödənişləri şəklində) daxil edilir.

Qeyri-maddi aktivlər – bunlara patentlər, müəssisənin sirləri, lisenziyalar, ticarət markaları və s. aiddir.

Dövriyyə vəsaitləri – istehsal prosesində elə də çox vaxt ərzində istifadə olunmur (təxminən bir istehsal dövrü). Dövriyyə vəsaitlərinə xammal, materiallar, alınmış yarımfabrikatlar, elektrik enerjisi, yanacaq, qablaşdırma qutuları aiddir.

Pul vəsaitləri – bunlar müəssisənin kassasında, cari hesabda və xüsusi bank hesablarında olan pullardır.

Ödəniş vəsaitləri – bu debitor borclarıdır.

Mücərrəd vəsaitlər – bu məbləğlər, vergi və yığımlar şəklində ödənilir, həmin pullar şəxsi vəsaitlər, eləcə də istiqraz mənbələrinin yardımı ilə formalaşır.

Mühasibat uçotunun metodu

Mühasibat uçotunun metodu – bunlar o üsullar və elementlərdir ki, onların köməyi ilə mühasibat uçotu aparılır. Mühasibat uçotunun elementləri və metodları:

  • hesablar;
  • ikili qeydiyyat;
  • sənədlər;
  • inventarlaşdırma;
  • qiymətləndirmə və kalkulyasiya;
  • mühasibat balansı;

Hesab – bu uçot alətidir, iqtisadi vəsaitlər və əməliyyatların qruplaşdırılması və kodlaşdırılması üçün bir vasitədir.

Hesabların korrespondensiyası – bu, hesabların qarşılıqlı əlaqəsidir.

İkili qeydiyyat – bu, iqtisadi əməliyyatların bir hesabda debetə, digər hesabda isə kreditə görə qeydə alınmasıdır.

Sənədlər – bu, uçot sənədlərində müəssisənin iqtisadi fəaliyyətinin tam və fasiləsiz şəkildə əks olunmasıdır.

İnventarlaşdırma – bu müəyyən bir tarixdə mal-maddi dəyərlərin, pul vəsaitlərinin və maliyyə öhdəliklərinin faktiki mövcudluğunun yoxlanılmasıdır.

Qiymət – dəyərin pul ölçüsündə qiymətləndirilməsi.

Kalkulyasiya – bu, məhsul istehsalına çəkilən xərcin müəyyən edilməsidir. Buna məhsula çəkilən xərclər daxil edilir.

Mühasibat balansı – bu, iqtisadi vəsaitlərin ümumiləşdirilməsi, müəyyən tarix üçün onun mənbələrinin qruplaşdırılmasından ötrü olan bir üsuldur. Sol hissə – balansın aktivi, sağ tərəf isə balansın passividir. Mühasibat balansının aktiv və passivlərinin yekunu bir-birinə müvafiq gəlməlidir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *