Mühasibat uçotunun təşəkkülü və inkişafı (10-cu hissə)

birbank biznes

Mühasibat uçotuƏvvəlki hissədə Mühasibat uçotunun növləri haqqında məlumat vermişdik (maliyyə, idarəetmə və vergi uçotu)


Vergi uçotu özlüyündə vergilər üzrə vergi bazasının müəyyənləşdirilməsindən ötrü məlumatların ümumiləşdirilməsi sistemidir. Vergi uçotunun əsasları Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qruplaşdırılan ilkin sənədlərin məlumatlarıdır.  Vergi uçotu hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilmiş təsərrrüfat əməliyyatları ilə bağlı tam və etibarlı məlumatların əldə olunması, eləcə də daxili və kənar istifadəçiləri köçürmələrin düzgünlüyü, tamlığı və zamanında ödənildiyi, büdcəyə vergilərin və digər rüsumların vaxtında köçürülməsi barədə məlumatla təmin etmək məqsədilə həyata keçirilir. Vergi uçotunun əsas hissəsi müəssisələrin və təşkilatların mənfəət vergisi üçün vergitutma bazasının formalaşması məsələlərinə aiddir.

Bütün təsərrüfat subyektləri mühasibat uçotunu təşkil etməyə və aparmağa borcludur. Fərdi sahibkarlar və xüsusi təcrübə ilə məşğul olan fiziki şəxslər gəlir və xərclərin və (və ya) digər vergitutma obyektlərinin vergi uçotunun aparıldığı təqdirdə, mühasibat uçotunu aparmaya bilərlər.

Həmçinin bax: “Mühasibat uçotu” termininin müəyyən edilməsi

Bütün təşkilatlar vergitutma sistemindən asılı olmayaraq mühasibat uçotunu aparmağa borcludur. Yalnız xarici dövlətlərin qanunvericiliyinə müvafiq qurulmuş təşkilatların struktur bölümləri, hansılar ki, başqa dövlətin ərazisində fəaliyyət göstərir, gəlir və xərclərin və ya digər vergitutma obyektlərinin uçotunu aparır, istisna təşkil edirlər.

Mühasibat uçotu iqtisadi subyektin dövlət qeydiyyatına alındığı vaxtdan ta fəaliyyəti ləğv edilənədək və ya yenidən təşkil olunana qədər fasiləsiz aparılmalıdır. Mühasibat uçotunun aparılması və sənədlərin qorunub saxlanması təsərrüfat subyektinin rəhbəri tərəfindən təşkil edilməlidir. İqtisadi subyektin rəhbəri mühasibat uçotunun aparılmasını baş mühasibə və ya subyektin digər bir vəzifəli şəxsinə tapşırmalıdır. Subyektin direktoru mühasibat xidmətlərinin göstərilməsi ilə bağlı ixtisaslaşmış bir təşkilat və ya mütəxəssislə müqavilə bağlamaq hüququna da malikdir.

Həmçinin bax: Uçot siyasətinin formalaşdırılması

Mühasibat uçotunun aparılması xidmətləri ilə bağlı iqtisadi subyektin müqavilə bağlamaq istədiyi hüququ və ya fiziki şəxslər üçün aşağıdakı tələblər təyin edilib:

  • peşəkar ali təhsilə malik olmalıdır;
  • mühasibat uçotu, maliyyə hesabatlarının hazırlanması və audit fəaliyyəti ilə bağlı son beş təqvim ilindən ən azı üç il əmək stajı olmalıdır, sözügedən ixtisas üzrə ali təhsili olmadıqda isə son yeddi təqvim ilindən ən azı beş il iş stajı olmalıdır;
  • iqtisadi sahədə cinayətlərə görə üzərində iddia olmamalı və ya ödənilməmiş məhkumluğu olmamalıdır.

Bununla bərabər hüquqi şəxslər  göstərilən tələblərə uyğun gələn an azı bir işçiyə malik olmalıdırlar, fiziki şəxslər isə həmin tələblərə tam cavab verməlidirlər.

Sözügedən tələblər baş mühasiblərə və ya aşağıdakı iqtisadi subyektlərdə mühasibat uçotunun aparılması həvalə edilmiş digər vəzifəli şəxslərə də şamil olunur:

  • açıq səhmdar cəmiyyətlərində (kredit təşkilatları istisna olmaqla);
  • sığorta təşkilatları və qeyri-dövlət pensiya fondları;
  • səhmdar investisiya fondları;
  • paya malik investisiya fondları şirkətlərinin rəhbərləri;
  • qiymətli kağızları fond birjalarında dövriyyəyə buraxılmış və ya qiymətli kağızlar bazarında ticarətlə məşğul olan digər təşkilatçılar (kredit təşkilatları istisna olmaqla), iqtisadi subyektlər;
  • büdcədənkənar dövlət fondlarının idarəetmə orqanları;
  • büdcədənkənar dövlət ərazi fondlarının idarəetmə orqanları.
Məqalənin 9-cu hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email