Mühasibat uçotunun təşəkkülü və inkişafı (12-ci hissə)

Mühasibat12-ci hissə

(Məqalənin 11-ci hissəsinə buradan baxa bilərsiniz)

Bu günə qədər təxminən yüz müxtəlif mühasibat modeli mövcuddur. Modellərin hər biri öz xüsusiyyətləri və mühasibat prinsipləri sistemi ilə xarakterizə olunur. Bu, milli uçot sistemlərinin müəyyən bir ölkənin iqtisadiyyatının inkişafı üçün mühasibat sistemini tənzimləyən normativ və qanunvericilik aktlarının verilməsi yolu ilə, müəyyən taktiki və strateji vəzifələrin həll edilməsinə imkan yaratması ilə izah olunur.

Beynəlxalq maliyyə hesabatlılığı standartları üzrə komitə, mühasiblərin beynəlxalq təşkilatları, BMT-nin ekspert qrupları, iqtisadçı-alimlər uzun illərdir ki, müxtəlif ölkələrin uçot sistemlərinin xüsusiyyətlərini öyrənib və təhlil edirlər. Bu işin nəticəsində mühasibat uçotu və hesabatlılığının müəyyən bir sisteminin formalaşmasına təsir göstərən amilləri müəyyənləşdirmək mümkün oldu.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Milli mühasibat sistemlərinin əhəmiyyətli və əsas fərqlərini müəyyən edən əsas amil maliyyə informasiyası istifadəçilərinin məlumat ehtiyaclarıdır. Maliyyə hesabatlılığının istiqamətləri, onun keyfiyyət xüsusiyyətləri, başlıca prinsipləri, mühasibat uçotu metodları və üsulları, həmişə hansı istehlakçılar qrupunun kapital tədarükçüsü olmasından asılı olacaqdır. Şirkətlərin əsas kreditorları banklar və dövlətlər olduğu ölkələrdə hesabatlılıq, maliyyə dövlət orqanlarının və böyük kredit təşkilatlarının ehtiyaclarına ciddi şəkildə yönəlmiş xarakter daşıyır. Əlavə investisiya mənbələri üçün açıq rəqabətə malik ölkələrdə isə şirkətlərin maliyyə hesabatlılığı, investorları və kreditorları cəlb etmək üçün maksimum analitik məlumatları özündə ehtiva edir.

Milli mühasibat uçotu sisteminin formalaşmasına təsir edən növbəti faktorun mövcudluğu, dövlətin xarici və daxili siyasət sahəsində maraqlarına əsaslanır. Dövlətin ixrac-idxal əməliyyatlarının miqyasını genişləndirmək, səhmlər və qiymətli kağızları müxtəlif ölkələrin birjalarında satılmasını təşkil etmək və ölkəyə xarici kapitalın cəlb edilməsində maraqlı olması, uçot prosesi və prinsiplərinin standartlaşdırılmasına və unifikasiyasına, onları beynəlxalq normalara uyğunlaşdırmaq üçün stimul verir. Bu, maliyyə hesabatlarının müxtəlif ölkə istifadəçiləri tərəfindən başa düşülməsini asanlaşdırmaq üçün çox vacibdir.

Dövlətin əsas maraqları daxili siyasət məsələlərinə toxunduğu halda, mühasibat uçotu və hesabatlılığı sistemi həmin ölkədə qəbul edilmiş prinsipləri və konsepsiyaları əks etdirən milli kreditorların və investorların tələbatının təsiri altında formalaşır.

Ölkədə siyasi vəziyyətin sabitliyi, investorların maraqlarının qanunvericiliklə qorunması, şübhəsiz ki, uçot sisteminin inkişafına və informasiya məzmununa əhəmiyyətli dərəcədə təsir göstərir. Təbii ki, kreditorlar və investorların sərmayə kapitalını itirməsi riski, sərmayə qoyuluşlarının səviyyəsini müəyyənləşdirir.Dövlət müvafiq qanunvericilik və normativ sənədlərlə onların maraqlarını qoruduğu halda, bazarda aparılan əməliyyatların, sövdələşmələrin sayı artır, bu isə ölkəyə xarici kapital axınını təmin edir.Bu halda mühasibat sistemi düzgün idarəetmə qərarları qəbul etmək üçün lazım olan məlumatların etibarlılığı, tamlığı və vaxtında hazırlanmasına istiqamətləndirilməlidir.

İnflyasiya prosesləri də sərmayəçilər və kreditorlar tərəfindən həmişə ətraflı öyrənilən əhəmiyyətli amildir. Təbii ki, yüksək səviyyəli inflyasiya olan bir ölkədə kapital qaçışı olacaq, inflyasiya aşağı səviyyədə olan yerdə isə bunun əksi baş verəcək. Belə halda mühasibat uçotu maliyyə hesabatlılığının formalaşdırılması üçün etibarlı və şəffaf məlumat verməyə məcburdur. Əksinə, əgər kreditorların maraqları və onların qorunması birinci yerə qoyulursa, müəssisələrin və təşkilatların kapitalının strukturu kredit təşkilatlarının vəsaitləri hesabına formalaşır, qiymətli kağızlar bazarı nisbətən kiçik həcmliliyi ilə fərqlənir, maliyyə hesabatları heç də həmişə real iqtisadi vəziyyəti düzgün əks etdirmir.

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *