Mühasibat uçotunun təşəkkülü və inkişafı (1-ci hissə)

birbank biznes

Mühasibat uçotunun formalaşdırılması prosesi.

Hər bir elm kimi mühasibat uçotunun da öz tarixi var. İctimai həyatın tələbatları və təsərrüfatın idarə edilməsi ehtiyacları bu uçotun inkişafına gətirib çıxarmışdır. Hər bir zaman iqtisadi həyatın faktlarında ümumi kateqoriyalar ortaya qoyurdu. İqtisadi inkişafdan asılı olaraq mühasibat kateqoriyaları transformasiyaya uğrayır, adamların fəaliyyətinin xüsusiyyələrindən asılı olaraq cürbəcür formalar alırdı.

Yazının meydana gəlməsi və hesabın ortaya çıxması uçotun təşəkkülü və inkişafı üçün təməl rolunu oynadı. İnsanların təsərrüfat fəaliyyətinin genişlənməsi, təbii olaraq uçotun mürəkkəbləşməsini və geniş yayılmasını stimullaşdırdı. Uçot işinə başlayanların ilk üsulları inventarlaşdırma və hesabların ödənilməsi ilə əlaqəli oldu. Arxeoloqların məlumatına görə, uçotun inkişaf etmiş sisteminin ilk izləri qədim Misirdə və Babilistanda aşkar olunub.

Misirdə məlum olduğu kimi, papiruslar hazırlamağı öyrənmişdilər, hansı ki, onların üzərində təsərrüfat fəaliyyətinin ilk faktları qeydə alınıb. E.Ə 3400-2980-ci illərdə Misirdə ildə iki dəfə daşınan və daşınmaz əmlakın inventarlaşdırılması həyata keçirilirdi. Fasilələrlə həyata keçirilən bu inventarlaşdırma işi sonralar cari uçotla əvəz olunmuşdu ki, bunun da əsas məqsədi vergi şəklində yığılan gümüş, çörək və digər təbii ərzaqların toplanılmasına nəzarət etmək idi. Gündəlik qalıqların aşkara çıxarılması, maddi uçotun ən əhəmiyyətli töhfəsi sayıla bilərdi.

Qədim Babilistan kart uçotunun vətəni hesab edilir. Orada həmin “kartlar” lövhəciklər şəklində yumşaq gildən hazırlanırdı. Həmin lövhəciklərdə xüsusi çubuqlarla yazılar cızıqlanırdı, sonra həmin “sənədlər” qurudulur və üst-üstə yığılaraq xüsusi yerdə saxlanılırdı.

Ədalət naminə demək mümkündür ki, Babil ilkin sənədləri diqqəti cəlb edir. Misir qeydlərinin mövcudluğunu heç də həmişə təsbit etmək mümkün olmadığı halda, Babil tapıntıları onun mövcudluğunu təsdiq edir. Əməliyyatların qeydə alındığı (gildən hazırlanmış dairəvi qablar, fiqurlar, müxtəlif istehlak və malları simvolizə edən əşyalarla doldurulurdu) yazılarda tarix, möhür və konkret adamlara istinadlar diqqət çəkir. Maliyyə qeydlərindən ibarət bəzi Babil lövhəcikləri bir-birindən horizontal aralıqda yerləşirdi ki, bu da müasir yazılara bənzəyir.

Babil uçotunun ən böyük uğurlarından biri köməkçi hesab cədvəllərinin (vurma cədvəli, mürəkkəb faizlər cədvəli) geniş tətbiqi hesab olunur.   Babil mühasibləri yalnız təbii mühasibat uçotu vahidlərini deyil, həm də şərti (insan-gün, ortalama kərpic) vahidlərdən istifadə edirdilər.

Babil sənədləri orada sintetik və analitik uçotun təşəkkül tapmasından xəbər verir. Belə ki, sintetik şərhdəki “Taxıllar” analitik şərhdəki “Buğda”, “Düyü” və s. müvafiq gəlirdi. Hesabat müxtəlif dövrlər (ay, il, bir neçə il) üçün tərtib olunurdu, 15 il ərzində buğda məhsulunun daxil olması və üç il ərzində onun paylanması hesabatları qorunub saxlanılıb.

Çar Hammurapinin qanunları tacirlərə müstəqil mühasibat uçotunun aparılmasını əmr edirdi, məbədlərdə isə dövlət uçotu aparılırdı. Çox güman ki, bu, dünyada dövlət uçot metodikasının tənzimlənməsinə ilk cəhd idi. Bu metodika uçotu imzalanmış, möhür vurulmuş ilkin sənədlər əsasında aparılmasını nəzərdə tuturdu. Öz qanunları ilə Hammurapi baş verənləri mühasibat sistemində həm nağd, həm də nağdsız şəkildə sıralamağa müvəffəq olmuşdu.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email