Mühasibat uçotunun təşəkkülü və inkişafı (3-cü hissə)

birbank biznes

Qədim Yunanıstanda mühasibat uçotu gipslə ağardılmış lövhəciklər və ya papirus üzərində aparılıb. Qaralama qeydlər üçün isə antik hesablayıcılar saxsı qırıntılarından istifadə ediblər. Yunanıstan həm də ilk hesablama cihazı – abakanın vətəni hesab olunur. Həmin cihaz müasir hesablama alətlərinə bənzəyir və lövhəcikdən ibarət olub.

Lidiyada  (Kiçik Asiyada dövlət) isə ilk dəfə sikkə şəklində pul buraxılıb. Təbii ki, bütün regionda bu, mühasibat uçotunun inkişafı üçün əhəmiyyətli bir təkan oldu.

Qədim yunanlar material mühasibatlığını inventar, mühasibat uçotunun əsaslarını isə kontokorrent əsasında aparırdılar. Ellin dövründə mühasibat uçotu prosesinə dair əsas məlumatlar Zenonun arxivində və Tebtyunis papiruslarında yer alıb. Fərdi yaşayış sahələrində mövcud olan uçot sistemini qeydə alan Zenon, həmin uçotu kənd təsərrüfatı sahələrindən asılı olaraq differensiallaşdırır, sənəd dövriyyəsini tənzimləyib, mühasibat məqsədlərindən biri kimi iqtisadi nəticənin hesablanmasını tərtib etmişdir. Zenonun təsərrüfatında uçot dəftərçəsi sistemli qeydlər prinsipi əsasında aparılıb, maddi, şəxsi və maliyyə  hesabları bir-birindən ayrı göstərilirdi. O dövrdə hesabatlılıq məcburi idi və uçotdan həm təsərrüfatın idarə edilməsi, həm də fiskal məqsədlərə görə istifadə olunurdu. Hesabatların auditi bir qarşı yöntəmə (kollasiya metodu) üsulu ilə həyata keçirilmişdir. Bu yoxlamanın mahiyyəti, müxtəlif maddi məsuliyyətli şəxslərdən daxil olan oxşar məlumatların müqayisəsidir.

Qədim dünyanın mühasibat uçotunun inkişafı qədim Roma şəhərində başa çatdırılıb. Roma uçot sistemi dolayısı ilə şərq və yunan mühasibat uçotunun demək olar ki, bütün üstünlüklərini və müsbət xüsusiyyətlərini özünə götürmüşdü.

Qədim Roma mühasibatlığında ən mühüm nailiyyət, birbaşa əlaqəli mühasibat kitablarının (kodekslər) sisteminin ortaya çıxmasıdır. Roma mühasibat uçotu ilə bağlı reyestr sistemində ilk kitab, qismən ilkin sənədləri əvəz edən adversariya (advercaria) oldu. Sonralar həmin uçot kitabı yaddaş və ya əməliyyat dəftəri adlandırıldı. Ondan təsərrüfat həyatında baş verən gündəlik qeydlərin aparılması üçün istifadə edilirdi. Bundan başqa daha iki kitab (kodekslər) mövcud idi: Codex accepti et expensi (nəzarət kassa kitabı) və Codex rationum domesticomm (sistemli qeydlər kitabı, hansı ki, burada hər bir hesab öz ölçüsündə aparılırdı : çaxır – bardaqlarla, taxıl – ölçü ilə, kassa – pulla və s.). Birinci kodeksdə yalnız pul vəsaitlərinin hesabı və ödənişləri, ikinci də isə – bütün maddi və fiziki hesablar (taxıl, yağ, otlaq, mal-qara, yem və s.) aparılırdı. İki kodeksin hesablarına görə saldo çıxarılırdı (bu anlayış həmin dövr mühasibat uçotunda artıq mövcud idi).

Qədim Roma uçotunda digər kitablar da aparılırdı. Onlar köməkçi xarakter daşıyırdı. Adversariya kitabı istisna olmaqla, digər kitablarda düzəliş aparmağa yol verilmirdi. Roma banklarının gəlir-çıxar kitabı (argent) yəni, xronoloji qeydlər kitabı adversariya ilə birbaşa əlaqəli idi. Bank rəhbərləri gəlir-çıxar kitabından başqa Codex rationum adlandırılan daha bir qeyd kitabı da tərtib etmişdilər ki, orada adətən yalnız hesablar yazılırdı. Həmin kitabın icadı Roma bankirlərinin ən böyük nailiyyəti hesab olunur. Belə ki, onlar kredit ayrılmasına sərəncam verən menecerlərin (bankirlər)  və müştərilərin hesablarını ayrı-ayrlıqda aparılması ideyasını reallaşdırmışdıra bilmişdilər.

Roma uçotunun nailiyyətlərindən biri də mühasibat uçotunun hüquqi tənzimlənməsi hesab oluna bilər. Roma hüququ maliyyələşdirmənin əhəmiyyətini etiraf edir və bankirləri öz hesablarını dərc etməyə borclu olduqlarını vurğulayırdı. Mühasibat uçotu qeydlərindən məhkəmə sübutları kimi də istifadə olunmağa başlandı.

 

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email