Mühasibin yataq otağından yarım milyard pul tapıldı

posted in: muhasibat, Xəbər | 0

Sankt-Peterburq sakini olan qadının mənzilindəki divanın içərisində yarım milyard rubldan çox gizlədilmiş pul aşkar olunub. Bu haqda dekabrın 14-də “Fontanka” nəşri məlumat verib.

Sözügedən iri məbləğdə pullar qanunsuz bank fəaliyyəti ilə bağlı cinayət işi ilə əlaqəli axtarış zamanı aşkara çıxarılıb. İstintaqın versiyasına görə, ötən il beş Peterburq şirkəti vasitəsilə 650 milyon rubldan çox vəsait dövr edilib. İlkin hesablamalara görə, gizli bank fəaliyyəti həyata keçirən şəxslər bu işdə 50 milyon rubl qazanc əldə ediblər.

Axtarışlar eyni vaxtda bir neçə mənzildə və ofisdə həyata keçirilib. Əksər otaqlardan yalnız sənədlər, möhürlər, ştamplar və bank kartları tapılıb, Qastello küçəsindəki binanın Natalya adlı mühasibə məxsus mənzilindən isə istintaqçılar beş min rublluq əskinas dəstlərindən ibarət bir neçə yüz dəstə pul aşkar ediblər. Milyon-milyon rubl şəklində qablaşdırılmış pullar köhnə divanda gizlədilibmiş. Əskinasları yoxlamaq üçün istifadə olunan xüsusi cihaz vasitəsilə əməliyyatçılar pulun dəqiq miqdarını müəyyən edə biliblər. Divandan düz 605 milyon rubl pul çıxıb.

Natalya adlı bu qadın Sofiyskiy tərəvəz bazasında siqaretlərin realizəsi ilə məşğul olan şirkətlərdən birində mühasib işləyib. Əməliyyatçıların sözlərinə görə, bu şəhərdə fərqli ticarət növləri ilə məşğul olan, amma  qeydə alınmamış nəqd pullar saxlanılan ilk yerdir.

Bu qadın cinayət işində şahid kimi keçir. Daha beş nəfər saxlanılıb ki, onlardan da biri bu sxemin güman edilən təşkilatçısıdır. Şübhəlilərdən biri isə başqa yerə getməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb.

Nəşr qeyd edir ki, istintaqçılar tərəfindən divandan tapılan bu pullar təkcə Peterburq şəhərinin tarixində deyil, eləcə də Rusiyanın şimal – qərbində aşkar olunan ən böyük nağd pul kütləsi hesab olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *