Mühasiblərin “yaralı” yeri olan dəfələrlə təkrar göndərilən uyğunsuzluqlar barədə sual və Vergilər Nazirliyinin qısa cavabı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Məlum olduğu kimi, vergi ödəyicisi bu və ya digər səbəblərdən əvvəl təqdim edilmiş vergi bəyannamələrinə dəqiqləşdirilmiş bəyannamə təqdim edir. Dəqiqləşdirilmiş bəyannamədə isə sadəcə müəyyən sətirlərə düzəliş edir. Misal olaraq, ƏDV bəyannaməsini nəzərdən keçirək. 302-ci sətirə daxil edilmiş satış miqdarı artırılır və başqa heç bir dəyişiklik edilmir (əlbəttə, 302-ci sətir üçün müvafiq əlavədən başqa). Lakin həmin bəyannamə üçün əvvəllər göndərilmiş uyğunsuzluqlar yenidən göndərilir. Misal bildirilir ki, 307-ci sətirə məlumat daxil edilməmişdir və ya müvafiq orqandan alınan məlumatlara əsasən müəyyən sayda əcnəbi üçün iş icazəsi alınsa da, təqdim edilən bəyannamədə az göstərilmişdir. Yəni, əvvəl təqdim edilmiş bəyannamədə verilmiş bu uyğunsuzluqlara müvafiq cavab bildirilsə də və həmin məlumatlara dəyişiklik edilməsə də yenə də eyni uyğunsuzluqlara ortaya çıxır. Zəhmət olmasa deyərdiniz, bununla bağlı hansısa bir mexanizm vardırmı ki, bu formalı uyğunsuzluqlar yenidən göndərilməsin? Və ya hesab edirəm ki, belə bir mexanizmin yaradılması və inkişaf etdirilməsi həm vergi əməkdaşlarının, həm də bəyannamə təqdim edən şəxslərin işlərini xeyli asanlaşdıracaq və vaxt itkisinin qarşısını alacaq.

Cavab: Bildiririk ki, dəqiqləşdirilmiş bəyannamə göndərildikdə sistem tərəfindən əvvəl göndərilmiş bəyannamə məlumatları yenilənir və yenidən uyğunsuzluqlar yoxlanılır ki, müəyyən olunmuş yeni uyğunsuzluqlara vergi orqanı əməkdaşları tərəfindən nəzarət edilməsi mexanizmi də mövcuddur.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email