Müraciətə nə vaxt baxılmalıdır??? (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Müraciətlərə baxılmaIII hissə

Müraciətlərə baxılma müddətləri hansı qaydada tənzimlənir?
Vətəndaşların qəbulu hansı qaydada olmalıdır?

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər və hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətləri istisna olmaqla ümumilikdə müraciətlərə müraciət daxil olduğu vaxtdan 15 iş günü müddətində baxılmalıdır.

Müraciətlərə baxıldıqdan sonra müəyyən edilsə ki, bu müraciətlə bağlı yoxlama aparılmasına zərurət var, bu halda müraciətə 30 iş günü müddətində baxılmalıdır.

Həmçinin bax: Franşiza nədir??

Əgər müraciətə baxılması zamanı müəyyən edilsə ki, əlavə məlumat alınması yaxud aidiyyatı üzrə digər idarə, müəssisə və ya təşkilata sorğu göndərilməsi lazımdır, bu halda müraciətə baxılması müddəti 30 iş günü olaraq uzadılır.

Hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə ən geci 15 iş günü müddətində baxılmalıdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla əlaqədar daxil olmuş müraciətlər üzrə xidməti araşdırma təyin edilməli və bu araşdırma 20 iş günü müddətində başa çatdırılmalıdır. Əlavə araşdırma zərurəti olduqda bu müddət 10 iş günü uzadıla bilir. Dövlət orqanları istisna olmaqla, digər qurumlarda korrupsiya ilə bağlı hüquqpozmalarla əlaqədar müraciətlərə 20 iş günü müddətində baxılmalıdır.

Müraciətlərin edilməsi üsulundan biri də qəbul zamanı edilən müraciətlərdir.

Müraciətə baxmalı olan subyektlər (1-ci hissədə göstərilib) hər ay 1 dəfədən az olmayaraq qəbul günü müəyyən etməlidir.

Qəbulu müraciətə baxan subyektin rəhbəri yaxud vəzifəli şəxsi həyata keçirməlidir.

Əgər müraciətlə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsinə zərurət varsa, bu halda vətəndaşın qəbulu dərhal həyata keçirilməlidir.

Qəbulda vətəndaşın mütləq şəxsiyyətini eyniləşdirmək lazımdır, yəni ya şəxsiyyət vəsiqəsi, ya da digər rəsmi sənəd təqdim edilməlidir.

Qəbul zamanı vətəndaşın bütün müraciətləri qeydə alınmalı, yazılı müraciəti qəbul edilməli və zəruri işlər görülməlidir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email