Neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması. Mövzu ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib. (EDV)

Vergi Məcəlləsinin 161.1-ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın Əlavə Dəyər Vergisi nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Həmin maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı bildirilir. Qeyd olunanlara əsasən, neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan, həmin məbləğdən ƏDV-nin hesablanması həyata keçirilir.

Mənbə: vergiler.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-nin hesablanması, EDV, neft
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir