Nizamnamə kapitalı bölüşdürülməmiş mənfəət hesabına artırıldığı halda vergi yaranır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes
nizamnamə kapitalı

Sual: Nizamnamə kapitalı dividend hesabına artırılanda, dividenddən 10% vergi tutulur yaxud vergi tutulmur? Məsələn: 100 000 dividenden vergi (dividend vergisi) çıxıldıqdan sonra qalıq məbləğdən yəni 90 000 Nizamnamə kapitalı Dividend hesabına artırıla bilər, yoxsa ele 100 000 hamısını nizamnamə kapitalın artırılmasında qoyuluş edə bilərik. Yəni kapital qoyuluşuna verilən dividend vergidən azaddır?

Bax: 2019-cu ildə həm sadələşdirilmiş həm də mənfəət vergisi ödəyicisi olmaq olar?

Cavab: Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab olunur.

Bax: 2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

Eyni zamanda nizamnamə kapitalının bölüşdürülməmiş mənfəət hesabına artırılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Maliyyə ilin yekunlarına görə xalis mənfəət bölüşdürüldüyü halda (dividend şəklində) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd edilənlərə əsasən sualınızda qeyd olunan halda nizamnamə kapitalı bölüşdürülməmiş mənfəət hesabına artırıldığı halda ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmur.

Bax: Vergi Məcəlləsinə edilmiş dəyişikliklər – Suallar və Cavablar

Əsas: Vergi Məcəlləsinin 13-cü və 122-ci maddələri

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email