Ödəmə mənbəyində tutulan vergilər

posted in: Vergi, Xəbər | 0

muzdlu işÖdəmə mənbəyində vergitutma zamanı vergilər gəlirlərdən xərclər nəzərə alınmadan gəliri ödəyən, Vergi  Məcəlləsinə əsasən üzərinə vergi agenti vəzifəsi qoyulan vergi ödəyiciləri tərəfindən tutulur, bəyan edilir və büdcəyə ödənilir.

Fiziki şəxsin muzdlu işdən əldə etdiyi gəlir

Fiziki şəxs muzdlu işlə əlaqədar bir neçə iş yerindən gəlir əldə etdikdə gəlir vergisi hər bir iş yerində ayrıca hesablanaraq tutulur.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən, gəlir və mənfəət vergisinin ödəyiciləri hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edirlər.

Əmək kitabçasının olduğu əsas iş yerində aylıq gəliri 2500 manatadək olan muzdlu işçilərin aylıq gəlirinin ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üzrə 173 manat) məbləğində hissəsi gəlir vergisindən azaddır.

Həmçinin bax: Yol vergisini kim və necə ödəməlidir?

Dividend gəliri

Ödəmə mənbəyində vergi tutulmuş bu gəlir bəyan edilmir və bir daha (həmçinin yenidən dividend şəklində təsisçilərə (payçılara) verildikdə) vergiyə  cəlb olunmur.

Faiz gəliri

Kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər  rezident kredit təşkilatı, qeyri-rezident bankların daimi nümayəndəliyi və ya bank əməliyyatlarını aparan digər şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxs və qeyri-rezidentin daimi nümayəndəliyinə verildikdə vergiyə cəlb edilmir.

Fiziki şəxslərin və sadələşdirilmiş vergi ödəyicilərinin faiz gəlirləri bəyan olunmur və bir daha vergiyə cəlb edilmir. Mənfəət vergisinin ödəyicisi olan rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi faiz gəlirinin tam məbləğini ümumi gəlirinə daxil edərək hesabladığı verginin məbləğini təsdiqedici sənədləri vermək şərtilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaltmalıdır.

Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri 2016-cı ildən başlayaraq 7 il müddətinə vergidən azaddır.

Royalti

Daimi nümayəndəliyi olmayan qeyri-rezidentlərə və fiziki şəxslərə ödənilən royaltidən ödəmə mənbəyində vergi tutulur. Royaltinin alıcısı olan fiziki şəxsin vergi öhdəlikləri bununla tam yerinə yetirilmiş hesab olunur və həmin şəxs bu gəlirini bəyan etmir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sığorta ilə bağlı gəlirlər

3 ildən artıq müddətə bağlanmış, lakin vaxtından əvvəl xitam verilmiş həyatın yığım sığortası və pensiya sığortası üzrə ödənilən sığorta haqları sığortaçı tərəfindən sığorta müqaviləsi qüvvədə olan dövr ərzində işçinin əməkhaqqından hesablanan vergi məbləği nəzərə alınmaqla ödəmə mənbəyində vergiyə cəlb edilir.

Həyatın yığım sığortası çərçivəsində sığorta ödənişinin vergiyə cəlb edilməli olan hissəsini sığorta olunanın ödədiyi (onun xeyrinə ödənilən) sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq təşkil edir. Bununla belə, 3 ildən artıq qüvvədə olan həyatın yığım sığortası üzrə sığorta olunan və ya faydalanan şəxsə ödənilən vəsait vergidən azaddır.

Daşınmaz əmlakın təqdim edilməsi

Bu zaman sadələşdirilmiş vergi alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilir və bu barədə bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

İdman mərc oyunları, lotereyalarhabelə digər yarış və müsabiqələrdən əldə edilənuduşlar

İdman mərc oyunları, lotereya, habelə digər yarış və müsabiqələrdən əldə edilən pul uduşlarından (mükafat) iştirak haqqı (pul qoyuluşu) çıxılmaqla qalan məbləğ ödəmə mənbəyində vergiyə cəlb olunur.

Lotereya, digər yarış və müsabiqələrdən gəliri (mükafat) daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər ödədikdə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın ölkədəki filialı və ya poçt rabitəsinin milli operatoru, digər hallarda isə bu növ ödənişləri verən şəxslər vergini tutub hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan edərək dövlət büdcəsinə ödəməlidirlər.

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarından nağd qaydada verilən pul vəsaitləri və digər ödənişlər

Vergi bank hesablarındakı pul vəsaitini nağd qaydada ödəyən yerli banklar, xarici bankın respublikadakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının bank hesabından tutulur, sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və həmin müddətədək müvafiq bəyannamə vergi orqanına təqdim edilir.

Digər gəlirlər üzrə ödəmə mənbəyində tutulmuş vergi isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və həmin müddətədək müvafiq bəyannamə vergi orqanına təqdim edilir.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *