Onlayn çalışan işçilərdən yeni vergi tutulması təklifi gündəmə gəlib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Deutsche Bank məsafədən çalışan əməkdaşlardan yeni vergi tutulması təklifini irəli sürüb. Bankın analitikləri vergini 5 faiz səviyyəsində təyin etməyi və toplanan vəsaiti evdə qalmaq imkanı olmayan işçiləri dəstəkləmək üçün istifadə etməyi məsləhət görürlər, BBC News belə yazır.

Məsafədən çalışan əməkdaşın ilik orta məvacibinin 55 min dollar təşkil etdiyi ABŞ-da 5 faizlik bu verginin bir iş günü üçün 10 dollar olacağı təxmin edilir. Belə bir məbləğ əməkdaşın evdən işə və geriyə yola məsrəf etdiyi, həmçinin gün ərzində qidalanmaya xərclədiyi məbləğlə müqayisə edilə bilər.

Böyük Britaniyada isə məsafədən çalışan əməkdaş il ərzində 35 min funt sterlinq əmək haqqı alır ki, o, yeni vergiyə görə yeddi funtdan da az məbləğ ödəməli olacaq. Almaniyada isə bu ödəniş bir iş günü üçün 7,5 dollar təşkil edə bilər.

Bankın strateqi Lyuk Templman, verginin onsuz da tətbiq edilməli olduğunu izah edib. Ancaq koronavirus pandemiyasının problemi daha açıq şəkildə üzə çıxardığını söyləyib. Hazırkı vəziyyət evdən işləyənlərin xeyrinə cərəyan edir. Lakin digər əməkdaşların gəlirləri və sağlamlığı üçün təhdid təşkil edir. İqtisadçının sözlərinə görə, məsafədən çalışanlar iqtisadiyyata daha az mənfəət verirlər, amma, daha çox fayda götürürlər.

O, hesab edir ki, yeni vergidən faydanı ilk növbədə yoxsul işçilər almalıdırlar. ABŞ-da bunlar il ərzində 30 min dollardan, Almaniyada isə 12,5 min avrodan  az alan işçilərdir. Onlar üçün xüsusi qrantlar tətbiq etmək lazım gələcək.

Bundan əvvəl Almaniya hökuməti koronavirus pandemiyası başa çatdıqdan sonra məsafədən çalşmaq formatına icazə verən qanun layihəsi hazırlamışdı. Əməkdaşa ofisdən və evdən işləmək arasında seçim təklif etmək istəyirlər. Amma yalnız o halda ki, əgər vəzifələri buna uyğun gəlirsə.

Bununla yanaşı, Rusiyada, əksinə, elektrik enerjisinə çəkilən xərclərin, kompüterin amortizasiyasının və əmək vəzifələrinin icrası ilə əlaqəli digər xərcləri ödəməklə kömək etməyi təklif edirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email