Özbəkistanda vergi orqanlarının səlahiyyətləri azaldılır

posted in: Vergi, Xəbər | 0

Dövlət başçısının «Sahibkarlıq fəaliyyətinin inkişafına dəstək sisteminin və biznes şəraitinin yaxşılaşdırılması ilə bağlı köklü təkmilləşdirmə tədbirləri haqqında» fərmanına əsasən, ölkənin Dövlət Vergi Komitəsi ticarət və xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsinə nəzarət funksiyasını yaxın zamanlarda itirə bilər. Sənəddə Vergi Komitəsi ilə yanaşı, bir sıra digər dövlət orqanlarının da səlahiyyətlərinin bir hissəsinin İstehlakçıların Hüquqlarını Mühafizə Agentliyinə verilməsi nəzərdə tutulur.

Hazırda ölkənin iqtisadi, o cümlədən vergi sistemində yeni islahatların aparılmasına başlanılmışdır. Baş Nazir Abdulla Aripovun rəhbərlik etdiyi xüsusi komissiya bu il aprelin 1-dək vergi və büdcə siyasətinin təkmilləşdirilməsi ilə bağlı Konsepsiya, iyulun 1-dək isə yeni redaksiyada Vergi Məcəlləsi layihəsinin hazırlanmasını başa çatdırmalıdır.

Bu sənədlərdə fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmlərinin sadələşdirilməsi, kiçik və iri biznes subyektləri üçün vergi yükünün maksimum cilalanmasına şərait yaradan metodların tətbiqi, ümumi vergi yükünün azaldılması, istehsal və xidmət sektorunun inkişafında vergilərin stimulverici rolunun gücləndirilməsi, qeyri-səmərəli vergi və yığımların ləğvi kimi məsələlərə yenidən baxmaq nəzərdə tutulur.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *