Polşa vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Polşa vergi sistemiPolşa vergi sistemi barədə bilmədiklərimiz

1-ci hissə

Polşada  fərdin gəlirlərinin vergiyə cəlb olunması mütərəqqi əmsal üzrə baş verir – yəni, gəlirlər nə qədər yüksəkdirsə, vergi tarifi də bir o qədər yuxarı olur. 2012-ci ildə gəlir vergisi tarifi 18%  təşkil edirdi. Fiziki şəxs müəyyən şərtlər daxilində sahibkarlıq fəaliyyəti ilə bağlı güzəştlər olmadan, 19% həcmində fiksasiya olunmuş vergi ödəmək seçimi edə bilər. Polşada korporativ vergi 19% təşkil edir. Fiziki şəxslər tərəfindən əldə olunan gəlirlərdən aşağıdakılar vergidən azad olunur:

a) müəyyən zamandan sonra əmlakın satışı və alışı

b) yaşayış mənzilinin satışından əldə olunan gəlir – o şərtlə ki, həmin məbləğdən iki il ərzində Polşa ərazisində alternativ yaşayış məskəni alınacaq

c) Polşa və ya Avropa İttifaqı ərazisinə daxil olan hər hansı bir ölkədə bir şirkətin digər bir şirkətdən əldə etdiyi dividendlər

ç) sığortadan daxilolmalar,

d) xeyriyyəçilikdən daxilolmalar.

Fərdi gəlir vergisi

Fiziki şəxs muzdlu işçi və ya sərbəst çalışan biri kimi gəlirlərindən vergi ödəyir. Əgər, Polşa başlıca yaşayış yeridirsə və ya hər hansı bir şəxsin maliyyə ili ərzində yaşayışı burada 183 gündən çox çəkirsə, onda həmin şəxs Polşanın rezidenti hesab olunur.  İşəgötürən hər ay işçinin əməkhaqqından vergini tutmağa borcludur. Sərbəst çalışan şəxs isə gəlir vergisini illik hesabata uyğun ödəməlidir. Avans ödəniş ötən ilki gəlirin əsasında müəyyən olunur.

Fərdi gəlir vergisi:

85 528 Polşa zlotına kimi gəlirdən 18%, 85 525 və bundan çox gəlirin baza hissəsini keçən məbləğdən 32% tarifi ilə.

Korporativ vergi tarifi 19% təşkil edir. Polşa ərazisində qeydiyyata alınan və ya fəaliyyəti ilə bağlı idarəçilik bu ölkə ərazisində həyata keçirilirsə, həmin şirkət Polşanın rezidenti sayılır.

ƏDV

Əksər hallarda ƏDV tarifi 23% təşkil edir. Müəyyən mallar və xidmətlər üçün 8% və 5% güzəştli tariflər mövcuddur. İllik dövriyyəsi 150 000 zlotıdan az olan biznes sahibi ƏDV ilə bağlı qeydiyyatdan azad olunur. ƏDV ilə bağlı bəyannamə hər ay və ya rübdə bir dəfə ayın 25-dək təqdim edilir. Bəzi mallar və xidmətlər ƏDV-dən azad edilir. Həmin mallar və xidmətlər bunlardır:

a) Tibbi xidmətlər;

b) Süd məhsulları;

c) Sığorta və bank xidmətləri;

ç) Poçt və poçt markaları;

d) Təhsil, elm və incəsənət sahəsində xidmətlər;

e) Göstərilən ixrac xidmətləri.

Məqalənin 2-ci hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email