Polşa vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Polşa vergi sistemi barədə bilmədiklərimiz

2-ci hissə (1-ci hissəni oxumaq üçün keçidə daxil olun)

Polşada kapital artımına görə xüsusi vergi tarifi yoxdur. Kapital artımı başlıca olaraq fiziki şəxslərin və ya şirkətlərin adi gəlir tariflərinə əlavə olunur.

Şəraitdən asılı olaraq, əgər fiziki şəxs öz daşınmaz əmlakını aldıqdan 5 il sonra satarsa, kapital artımına görə vergidən azad olunur. Yox, əmlak əgər 5 il ərzində satılarsa onda 19% tarifi ilə vergiyə cəlb olunur. Fiziki şəxslər səhmlərin satışından əldə etdikəri gəlirə görə də 19% tarifi ilə vergiyə cəlb olunurlar.

Polşada fiziki şəxslər dividendlər və faizli gəlirlərə görə də 19% tarifi ilə vergi ödəyirlər.

Polşada vergi mənbəyindən vergi ödənişləri.

Sosial sığorta ödənişləri əlillik, xəstəik və bədbəxt hadisələrdən sığorta olunma ilə bağlı halları özündə ehtiva edir.

Həmin ödənişlər bu cür proporsiyada ödənilir:

– İşəgötürən 17,48-20,14%

– İşçi 13,71%

Qeyd: sosial sığorta üzrə ödənişlər maksimum ölçü ilə məhdudlaşır.

Qeyri-rezidentlərin vergi mənbələrindən vergilər isə bu cədvələ əsasən tutulur:

a) Dividendlər – 19%

b) Müəllif ödənişləri – 20%

c) Kapital faizlərindən – 20%

d) Xidmətlər – 20%

e) Pul köçürmə sahəsi – 0%

Şərh: Əcnəbi vətəndaşlar üçün dividendlər, royalti və sərmayədən paylanan vergi mənbəyindən vergi çıxışı ikiqat vergitutmanın qarşısını almaq üçün bir vasitədir. Avropa Birliyindən olan rezident-şirkətlərin polyak şirkətlərindən əldə etdikləri dividendlər vergi mənbəyindən olan vergi tutulmasına məruz qalmırlar.

Polşada vergi ili təqvim ili hesab olunur ki, o da dekabrın 31-də başa çatır.

Yalnız əmək haqqı olaraq gəlir əldə edən fiziki şəxslərin illik gəlir bəyannaməsi təqdim etmək öhdəliyi yoxdur. Belə ki, işəgötürən həmin şəxsin əmək haqqından vergi orqanlarına hər ay vergi ödəyir. Özünə çalışan şəxslər isə 11 ay müddətində hər ay, ayın 20-dək  avans ödənişləri etməlidirlər. Dekabr ayında isə noyabr və dekabr ayları üçün avans ödənişi edilir. İllik vergi bəyannaməsi isə aprelin 30-da təqdim olunur.

Şirkətlər üçün bəyannamələrin təqdim olunması proseduru.

Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) üçün də vergi avans ödənişləri, fiziki şəxslər üçün olduğu kimidir. Şirkətlər öz gəlirləri ilə bağlı bəyannamələri vergi orqanlarına martın 31-dək təqdim etməyə və vergilərlə bağlı fərqi ödəməyə borcludurlar. Gəlirlər haqda bəyannamənin son təqdim olunma tarixi sentyabrın 30-dur.

Məqalənin 1-ci hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *