POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?

posted in: Xəbər | 0
birbank biznes

POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?

POS-terminalın quraşdırılması, əməliyyat, POS-terminal,Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinin müddəalarına əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.
Adıçəkilən qərarda ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı əhaliyə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı hesablaşmaların aparılması həyata keçirilən zaman POS-terminalların məcburi quraşdırılması tələb olunur. Buna əsasən, logistika xidməti göstərən müəssisənin xidmət göstərdiyi təsərrüfat subyektində əhali ilə pul hesablaşmaları aparıldığı halda həmin təsərrüfat subyektində POS-terminalın quraşdırılması məcburidir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email