Azərbaycanda son bir ildə POS-terminallar üzrə nağdsız ödənişlər 20 faizədək artıb

posted in: Xəbər | 0

POS-terminal, POS-terminallar,Elektron ixracın lideri “Azexport.az” portalının ixrac sifarişlərinin dəyəri son üç ildə 1,5 milyard dolları keçib. (POS-terminallar)

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Visa Cashless Forum”unda deyib: “Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS-terminallar üzrə nağdsız ödənişlər 20 faizədək artıb. Lakin ATM və POS-terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub.

Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir. Azərbaycanda ani ödəniş sistemi, smart tələbə kartları, dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi, ictimai nəqliyyatda nağdsız əməliyyatlar və başqa istiqamətlərdə rəqəmsal ödənişlərin inkişafı üçün fəaliyyətlər göstərilir”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
POS-terminallar
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *