Putin varlılar üçün vergiləri artırmağı tapşırıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Rusiya prezidenti Vladimir Putin yüksək gəlirli zəngin ödəyicilər üçün dərəcənin artırılması hesabına fiziki şəxslərin gəlir vergisini (fərdi mənfəət vergisi) artırmağı tapşırıb. Bu haqda prezident Vladimir Putin rusiyalılara ünvanladığı ənənəvi müraciətində məlumat verib. Dövlət başçısının sözlərinə görə, bu cür ödəyicilər üçün vergi dərəcəsi indiki 13 faiz əvəzinə 15 faiz təşkil edəcək. Eyni zamanda, yüksək faiz dərəcəsi yalnız ildə beş milyon rubldan çox olan gəlirlərin məbləğinə tətbiq olunacaq.

Əldə edilən vəsaitlər nadir orfan xəstəlikləri olan uşaqların müalicəsinə (əhalinin az bir hissəsini təşkil edir) istifadə ediləcək. Hal-hazırda, belə uşaqları olan ailələr çox vaxt büdcədənkənar mənbələrdən, o cümlədən xeyriyyə fondları vasitəsilə vəsait toplamağa məcbur olurlar.

Yeni vergi dərəcələri 1 yanvar 2021-ci ildən tətbiq olunmağa başlayacaq. Mövcud 13 faizlik vergi dərəcəsi vergi yığımını artırmaq məqsədi ilə 2000-ci ildən tətbiq edilmişdir. Putinin sözlərinə görə, indi vergilərin, o cümlədən fərdi gəlir vergilərinin inzibatçılığı çox yaxşılaşmışdır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email