Qazaxıstanda ƏDV: kiçik biznes nümayəndələrinə sərt xəbərdarlıq

posted in: Vergi, Xəbər | 0

kiçik biznesTicarət dövriyyəsi təqvim ili ərzində 300 min aylıq hesablaşma göstəricisini (72.150.000 tengə və ya 36.000 manat) keçdikdə  vergi ödəyicisi məcburi qaydada əlavə dəyər vergisi uçotuna dayanmalıdır. Bu barədə Astana Dövlət Gəlirləri Departamenti xəbərdarlıq etmişdir.

Qeyd edək ki, Qazaxıstanda qüvvədə olan Sahibkarlıq Məcəlləsinə əsasən, fərdi sahibkarlar və orta illik gəliri aylıq hesablaşma göstəricisindən üç yüz min dəfədən yüksək olmayan hüquqi şəxslər kiçik sahibkar hesab edilirlər.

Dövriyyənin həcmi artan yekuna əsasən bu şəkildə müəyyənləşdirilir:

1. Yeni yaradılan rezident hüquqi şəxslər, qeyri-rezidentin Qazaxıstan Respublikasında fəaliyyət göstərən filialları, nümayəndəlikləri üzrə – ədliyyə orqanlarında dövlət (uçot) qeydiyyatına durduğu tarixdən;

2. Fərdi sahibkar kimi dövlət vergi orqanlarında yeni uçot qeydiyyatına alınmış fiziki şəxslər üzrə – vergi orqanlarında uçot qeydiyyatına alındığı tarixdən;

3. Cari təqvim ilində vergi orqanının qərarına əsasən ƏDV  uçot qeydiyyatından çıxarılmış vergi ödəyiciləri üzrə – vergi orqanının qərarına əsasən ƏDV üzrə qeydiyyatdan çıxma tarixindən sonrakı tarixdən;

4. Digər vergi ödəyiciləri üzrə – cari təqvim ilinin yanvar ayının 1-dən. Minimum dövriyyənin artdığı zaman ərizənin verilmə müddəti – ƏDV üzrə qeydiyyata alınma müddəti dövriyyə müəyyənləşdirilmiş minimum həddi keçdikdə həmin ayın sonuna ən azı 10 təqvim günü qalmış.

ƏDV uçotuna alınmaq üçün aşağıdakı qaydalardan birinə əsasən ərizə ilə vergi orqanına müraciət etmək  tələb olunur:

· vergi orqanına gəlməklə kağız daşıyıcıda;

· elektron formada.

Ərizə vermiş şəxslər qeydiyyata durmaq barədə ərizəni verdikləri tarixdən ƏDV ödəyiciləri hesab edilirlər.

Vergi orqanı ərizə verildikdən sonra ərizə vermiş şəxsi bir iş günü ərzində ƏDV ödəyicisi kimi qeydiyyata alır.

ƏDV üzrə qeydiyyat uçotuna durmaq üçün ərizə verməmiş şəxslər aşkar olunduqda vergi orqanı həmin halın aşkar edildiyi tarixdən etibarən beş gündən gec olmayaraq aşkar olunmuş vergi ödəyicisinə Qazaxıstan Respublikasının vergi qanunvericiliyinin pozulmasının aradan qaldırılması ilə bağlı xəbərdarlıq bildirişi göndərir. Əgər vergi ödəyicisi qanunla müəyyən edilmiş müddət ərzində vergi uçotuna dayanmaq üçün ərizə verməzsə, vergi orqanı vergi ödəyicisinin bank hesabları üzrə xərcləmə əməliyyatlarının dayandırılması barədə sərəncam verir.

 Bu məsələ ilə bağlı başqa hal nəzərdə tutulmadıqda, ƏDV üzrə uçota durması məcburi olmayan şəxslər Vergi Məcəlləsinin müvafiq müddəalarına (maddə 82.1) əsasən aşağıda göstərilən qaydalardan biri əsasında qeydiyyata alına bilər:

· vergi orqanına gəlməklə  kağız daşıyıcıda ərizə verməklə;

· elektron formada ərizə verməklə;

· rezident hüquqi şəxsin dövlət qeydiyyatı zamanı biznes-identifikasiya nömrələrinin milli reyestrində qeydiyyata alınmaqla.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *