Qədim Romada uçot (VI hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Romada uçot (VI hissə)

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Qədim Romada uçot,Mühasib peşəsi

Romanın inkişafı ilə dövlət uçotu sistemi də inkişaf edirdi və bu sistem üçün inkişaf etmiş bürokratizm səciyyəvi idi.

Artıq Klavdinin dövründə keçmiş respublika magistratları bürokratik dəftərxanalarla əvəz olunurdu. Respublika idarələri və magistratlıqlarının bürokratik orqanlara çevrilməsi imperator Adrianın dövrünə qədər (117-138-ci illər) davam etdi. Həmin dövrdə artıq başda imperator şurası və müxtəlif təsərrüfat sahələri üzrə ona tabe olan departament şəbəkələrindən ibarət güclü mərkəzləşdirilmiş dövlət aparatı bərqərar olmuşdu.  Dövlət idarəçiliyi sistemində ilk yerlərdən biri maliyyə departamentinə məxsus idi ki, bu idarədə çoxlu sayda hesabdarlar, mirzələr və kassirlər işləyirdi.

İdarəetmənin məmurların əlinə keçməsi ilə görkəmli hüquqşünas Salviy Yulianın rəhbərlik etdiyi xüsusi komissiya tərəfindən yaradılmış qanunvericilik normalarının toplanmasına ehtiyac yarandı. Qanunlardan bacarıqlı istifadə və ofis işlərinin aparılması üçün ixtisaslı və savadlı məmurlar tələb olundu. Onların hazırlanması üçün Adrian Romada Ateney ali məktəbini qurdu. Dövlət qulluğunda xidmət edən mühasiblər 100 min sestersidən 600 min sestersiyə qədər əmək haqqı alırdılar və onlara tutduqları vəzifədən asılı olaraq müxtəlif rütbələr verilirdi. Belə ki, maliyyə idarəsinin rəhbəri – müasir Rusiya federasiyası yanında mühasibat uçotu Departamentinin analoqu – ikinci sinifdən olan məmur hesab olunurdu və “mükəmməl” adını daşıyırdı.  Mühasib peşəsinin nüfuzu çox sürətlə yüksəlirdi.


VII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email