Qədim Romada uçot (VII hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Romada uçot (VII hissə)

VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Qədim Romada uçot,Hesabdarların daha aşağı vəzifədə olanları – skrib – isə azad edilmişlərlə, lakin nüfuzlu və yaxşı ödənilən maaşla təmin olunmuş adamlarla məşğul olurdular.

Qədim Roma hesabdarları onlara hələ respublika dövründən verilmiş korporasiyalarda – dekuriy – birləşmək hüququndan istifadə edirdilər. Beləliklə, Romada ilk peşəkar mühasiblər birliyi meydana çıxmağa başlamışdı.

Dövlət hesabdarları başlıca olaraq  kassalar və arxivlərdən təşkil olunan erarilərin işləri ilə məşğul olurdular. Eləcə də dövlətin hesablama kitablarını aparırdılar. Magistratların hər il dəyişdirilməsi üzündən erarilər faktiki olaraq bu, daimi hesabdarlıq işçilərini idarə edirdilər.

Xidməti vəzifələrindən istifadə etməklə onlar çox vaxt İtaliyanın və onun təsiri altında olan əyalət şəhərləri üçün müxtəlif xidmətlər göstərir, hesablar üzrə qeydlərlə bağlı arayışlar verir və arxiv sənədlərindəki məlumatları paylaşırdılar. Belə mühasiblərdən biri, məsələn, “təsadüfi” olaraq  hansısa şəhərin vergi ödənişləri üzrə borcunu “unuda” bilərdi. Buna görə həmin şəhərlər mühasibləri təkcə pulla deyil, həm də vətəndaşlıqla, fəxri vəzifələr və digər fərqlənmə nişanları ilə mükafatlandırırdılar.

Ən parlaq erudisiyaya malik adamlar mühasib vəzifəsinə can atırdılar. Belə ki, məşhur Qoratsinin bir vaxtlar kvestor yanında hesabdar kimi xidmət etməsi və hətta “kommersiya yönümlü” məktəbi bitirməsi barədə məlumat var. Sonrakı Roma cəmiyyətində hesabdarlıq peşəsi böyük hörmətə malik idi.

Tədricən mühasibat işlərini hətta adi məktəblərdə də öyrətməyə başlamışdılar.

Uçot Romanın mədəniyyət həyatına möhkəm daxil olmuşdu. Ədəbiyyatda, teatrda mühasibat təcrübəsindən bəhs edən müqayisələrə, istinadlara tez-tez rast gəlinirdi. Plavtın “Mücrü” komediyasında deyilir: “İndi mən özümə aid olan hesabı ödəmək istəyirəm. Bununla da istəyirəm ki, adım ev kitabından silinsin və mənim heç bir borcum qalmasın”.  “Xülyalar”da özünə kəniz satın almış gənc, qıza öz məhəbbətini anladır, sevgiləri qarşılıqlıdır, dialoqları mühasibatsayağı bitir: “Budur, hesab bitib, bizdə gəlir xərclə bərabər oldu: hər ikimiz bir-birimiz sevirik, hər ikimiz buna dəyərik”.  Petroniy əyri yollarla varlanmış mühasibdən söz açır. Həmin mühasibin adı Trimalxion idi. O, mühasibatlığı sevirdi və hətta nahar zamanı hesab kitabının oxunmasından ötrü öz yanında xüsusi bir qul da saxlayırdı.

Romalılar mühasibat uçotunun böyük vurğunları idilər. İşlər bəzən kuryozlara qədər gedib çıxa bilirdi. Kiçik Pliniy İspaniya əyalətlərindən birinin hökmdarı Sesilin Klassik haqqında belə nəql edir. Bu şəxs mühasibatlığı o dərəcədə sevirdi ki, hətta fırıldaq və hədə-qorxu yolu ilə əldə etdiyi rüşvətlərin məbləğlərini belə öz hesab kitablarına qeyd edirdi.

Böyük Pliniy isə hər bir insanın həyatını hesab kitabı kimi təsəvvür edirdi. Onun anlamına görə, “bütün verilənlər və qəbuledilənlər tale tərəfindən daxil edilir, ümumi hesabda isə həm bu, həm də digər səhifə əldə olunur”.

Bəlkə də Sen-Jüst “romalılardan sonra dünya boş görünür” dedikdə, haqlıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email