Qədim Romada uçot (IV hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Romada uçot (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Kvestorlar (latıncada quaestor – axtaran) ilkin dövrdə konsullar tərəfindən təyin olunurdu, e.ə. 447-ci ildən isə xalq tərəfindən seçilirdi. 421-ci ildə dörd kvestor vəzifəsi mövcud idi, 267-ci ildə – səkkiz, Sulla dövründə – iyirmi, Sezar dövründə – müvəqqəti olaraq qırx nəfər. Şəhər kvestorları xəzinəyə rəhbərlik edirdilər. Əyalət kvestorları – əyalətin maliyyə idarəçiliyi ilə məşğul idilər. Kvestorlar Roma senatında aşağı sinifləri təşkil etdilər.

Maraqlıdır ki, yeni dövrdə bəzi ölkələrdə universitetin mühasibatlığını kvestura adlandırırlar.

Kvestorlar tərəfindən idarə olunan ödənişlər sənədlərin tərtib edilməsi üçün yeganə əsas olan ilkin sənədlər təqdim edildikdən sonra həyata keçirildi. Xüsusi vergi polisi yaradıldı, onun heyəti, vergidən gizlədilən gəlir və əmlak haqqında məlumat əldə etmək üçün qadınlara və uşaqlara da işgəncə verirdi.

İctimai xəzinənin mövcudluğu dövlətin gəlirlərinin və xərclərinin uçotunu zəruri edirdi. Romada büdcə mühasibatlığı dövlət daxilində böyük dərəcədə inkişaf etdi və bəzi əyalətlərdə həm hesablanmış ayırmalar, həm də onların həyata keçirilməsini əks etdirən xüsusi bir kitab – Brevarium saxlanılırdı. Sonralar ədəbiyyatda bu reyestr dövlət iqtisadiyyatının ilk tarazlığı hesab edilə bilən imperiya hesabları kitabı adlandırıldı.

Roma imperiyasının mülkiyyətinin artması, yeni ərazilərin fəthləri qənimət və vergi şəklində xəzinəyə böyük gəlirlər gətirdi. Lakin dövlət əmlakının həcminin artımına birbaşa mütənasib olaraq dövlət məmurları və hərbçilər tərəfindən mənimsəmə və xərcləmənin həcmi də artmışdı.

Syasətçi Mark Porsiy Katon o zamanlarda belə qeyd edirdi ki, “kimsə hansısa vətəndaşlardan oğurluq edirsə, o, öz həyatını qandallanmış vəziyyətdə və həbsxanada başa vurur, kimsə icmadan oğurluq edirsə, o, həyatını qızıl və təmtəraq içində keçirir”.

O da məlumdur ki, Hannibalı məğlub edən məşhur Roma sərkərdəsi Suppion Afrikanskiy öz qardaşının oğurluqlarına bulaşmışdı. Eləcə də Antioxla daha əlverişli şərtlər əsasında sülh müqaviləsi bağlamış məşhur sərkərdə Suppion Aziatskiy altı min funt qızıl və dörd yüz səksən funt gümüş almışdılar. Yəni, xəzinəyə hərbi qənimət qismində verdiklərindən daha çox qazanc əldə etmişdilər.

Tit Liviyin göstərişi ilə Suppiona qarşı irəli sürülən iddianın məbləği dörd milyon təşkil edirdi. Senat qarşısında hesabat verərkən, o hesab kitabını gətirməyi əmr etdi və senatorların gözü qarşısında öz əlləri ilə həmin kitabı parça-parça etdi. Xəzinəyə iki yüz milyon gətirdiyi halda ondan dörd milyonun hesabatını tələb etmələrindən qəzəbləndiyini bəyan etdi. Qalibə bəraət verildi.

Bu andan etibarən müasir mühasibat uçotu və auditin əsasını təşkil edən ən mühüm prinsiplərdən biri – əhəmiyyətlilik prinsipi öz başlanğıcını götürdü.

Kənd təsərrüfatı

Roma imperiyasının istehsalının əsas sahəsi kənd təsərrüfatı idi. Üç müəllif ev təsərrüfatlarında uçotun təşkili ilə əlaqəli qeydlər qoyublar. Onlardan birincisi – Mark Porsiy Katondur. O, rəhbərlər üçün yazılı təlimatların tərtib edilməsini tələb etdi. Katon onların fəaliyyətini işin nəticələrinə görə qiymətləndirirdi.

O zamanın nümunəvi sahibkarı olan Katon satın alınması lazım gələn sahələrlə bağlı məsləhətlər verirdi. Xüsusilə, o, alınan əmlakın yaxınlığında çoxlu sayda işçi bolluğunun mövcudluğunun və əmlak inventarı kiçik olsa da, onların tam qaydasında və daha böyük xərclər tələb etməməsinin zəruriliyini vacib hesab edirdi. “Nəzərdə saxla – Sahə də insan kimidir, heç olmaya, böyük gəlir gətirəydi, əgər bunun qarşılığında çoxlu xərclər tələb edirsə, belədə sonda qazanc az olacaq”. Bu, çox maraqlı bir ifadədir, çünki burada təsərrüfatın aparılmasından əldə edilən gəlirlərin və çəkilən xərclərin böyüklüyü arasındakı fərq kimi maliyyə nəticəsi barədə söz açılır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email