Qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu keçib

posted in: Vergi, Xəbər | 0

Hesabat sanksiyalarBu il mayın 1-nə olan məlumata görə, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu ötüb.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Nazirlik rəsmisi bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri olduğunu söyləyib:

“2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı 36 min 558 olub. Onlardan 4 min 584-ü hüquqi şəxslər, 31 min 974-ü isə fiziki şəxslərdir”.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında 32,4 faiz artım müşahidə edilir. Belə ki, ötən ilin yanvar-aprel aylarında 27 min 602 vergi ödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergi ödəyicilərinin sayına təsir edib.

Ələkbər Məmmədov qeyd edib ki, bu ilin 4 ayında qeydiyyatdan keçən 4 min 427 kommersiya-hüquqi şəxsin 70,6 faizi elektron qaydada qeydiyyata alınıb. Həmin müddətdə qeydiyyatdan keçən vergiödəyicilərinin 54,8 faizi regionların payına düşür.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *