Rəqəmsal dəstək üzrə təcrübəçi tələb olunur

posted in: Xəbər | 0

təcrübəçi, Korporativ kreditlərin təhlili, Korporativ kreditlər, təcrübəçi, Kredit risklərinin idarə edilməsi, təcrübəçi,korporativ kredit, korporativ kreditlərin təhlili, Maliyyə təhlili üzrə təcrübəçi“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rəqəmsal bankçılıq departamentinə Rəqəmsal dəstək üzrə təcrübəçi vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşlar üçün yeni trendlərə uyğun daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

• Müştərilərə Bankın təqdim etdiyi xidmət barədə ətraflı məlumat vermək;
• Sosial şəbəkə, mobil əlavə, telefon və çat vasitəsilə müştərilərdən daxil olan sorğuları cavablandırmaq;
• Yaradılan yeni rəqəmsal məhsulları müştərilərlə birgə test etmək və tanıtmaq;
• Müştəri məmnuniyyətini qiymətləndirmək üçün sorğu anketi yaratmaq, aparılan sorğu nəticəsində xidmət keyfiyyətini qiymətləndirmək;
• İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
• İstifadəçilərin tələblərini öyrənmək, məhsulun inkişafı üçün yeni təkliflər hazırlamaq;
• Daxil olmuş sorğuları təhlil etmək və nəticəni rəhbərliyə təqdim etmək;
• Məhsulla bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
• Bazar tendensiyaları barədə ətraflı araşdırma aparmaq;
• Məhsulun yaranma və inkişaf prosesini öyrənmək üçün komanda ilə yaxından işləmək;
• Layihə ilə bağlı komanda üzvlərinə dəstək olmaq

Bizim üçün ideal namizəd:

• Komandada və fərdi şəkildə işləmək bacarığı olan;
• Güclü təhlil və riyazi bacarıqları olan;
• Strateji və taktiki düşüncə qabiliyyəti olan;
• İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyəti olan;
• Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yarada bilən;
• “Agile” metodologiyaları üzrə bilikləri olan (arzuolunandır);
• Mükəmməl ünsiyyət bacarıqları və xarici dil bilikləri (İngilis dili və Rus dili) olan şəxsdir

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi cv@ibar.az / info@finstaff.az elektron ünvanına 19.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Rəqəmsal dəstək üzrə təcrübəçi“).

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *