İşçi sayı 10-dan çox olduqda sadələşdirilmiş vergi ödəyicisi olmaq mümkündür?

posted in: Vergi, Xəbər | 0

Sual: Aşağıda göstərilən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir:

218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

218.5.8. işçi sayı 10 nəfərdən çox olan İSTEHSAL fəaliyyətini həyata keçirən şəxslər.

Sualım belədir ki, xidmət sahəsində işləyirəm, 12 ay ərzində 200 000 manatdan az dövriyyəm var, amma isçilerim sayi 13 nəfərdir. Mən sadələşdirilmiş vergi ödəyicisi ola bilərəm? Yəni istehsal fəaliyyətim yoxdur, xidmət sahəsidir.


Sadələşdirilmiş vergitutma kimlər üçün məhdudlaşdırılır?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Qeyd olunanlara əsasən siz əhaliyə xidmət göstərdiyiniz halda 218.1.1-ci maddəyə əsasən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyərək fəaliyyət göstərə bilərsiniz. Vergi ödəyicisi kimi uçotda olan şəxslərə xidmət göstərdiyiniz halda gəlirinizdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəyərək gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Bax: Vergi Məcəlləsinin 218.1-ci218.5-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sadələşdirilmiş vergi ödəyicisi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *