Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu il oktyabrın 15-də Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Füzuli küçəsi, 6) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 8-11 oktyabr 2019-cu il tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də VN “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: vergiler.az