Samsung rəhbərliyi vergidən yayınır???

posted in: Vergi, Xəbər | 0
birbank biznes

“Reuters” agentliyinin məlumatına əsasən, Cənubi Koreyanın hüquq-mühafizə orqanları “Samsung” konserninin prezidenti Li Hon Xi haqqında vergi ödəməkdən yayınmaqla bağlı iddia qaldırmışdır. Şirkət rəhbəri vergidən yayınmaq üçün öz tabeliyində olan işçilərin adına açdığı çoxlu sayda bank hesablarından istifadə etməkdə şübhəli bilinir.

“Samsung”un prezidenti və şirkətin rəhbərlərindən biri 8,2 milyard von (təxminən 7,5 milyon ABŞ dolları) məbləğində vergi yayındırmaqda şübhəli bilinən 72 vəzifəli işçinin adına açılmış 2760 bank hesabından istifadə etmişlər”, – Cənubi Koreyanın Milli Polis Agentliyinin açıqlamasında bildirilmişdir.

Hazırda hüquq-mühafizə orqanları işi prokurorluğa istiqamətləndirmək istəyirlər. “Samsung” rəhbərinin səhhətində ciddi problemlər olduğuna görə, hələ də onun danışığa cəlb edilməsi mümkün olmamışdır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email