Şəhadətnamə-dublikatın sonuncu günü qeyri-iş gününə düşərsə

posted in: Xəbər | 0

Sual: Xahiş edirəm, aşağıdakı məqama konkret cavabın əldə olunmasında köməklik göstərəsiniz: Vergi Məcəlləsi: Maddə 35.3. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir. Maddə 68. Müddətlərin müəyyən edilməsi qaydası 68.1. Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Nümunə: Taxbank sistemində olan “XÖHKS Tarixi”: 10.01.2017 Şəhadətnamə dublikatın üzrərində qeyd olunmuş “Verilmə tarixi”: 10.01.2017 Qeyd: 20.01.2017-qeyri iş günüdür
1. 68-ci maddənin 1-ci və 2-ci bəndinin tələbini nəzərə almaqla, nümunədə qeyd olunan şəhadətnamə-dublikat əsasında müştəriyə 23.01.2017-ci il tarixdə hesab açmaq olarmı?
2. Şəhadətnamə-dublikatın hesablanma tarixi, Vergi Məcəlləsinin 35.3, 68.1 və 68.2-ci bəndlərinə əsasən aşağıdakı qaydada nəzərə alınmalıdımı? (10-cu günün qeyri-iş gününə düşdüyü hallar istisna olmaqla) Verilmə tarixi+10 təqvim günü=ümumilikdə 11 gün.

Cavab: Bildiririk ki, bank hesabının açılması üçün vergi ödəyicisinin ərizəsi əsasında vergi orqanından alınmış şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab olunur. Qeyd olunan müddət şəhadətnamə-dublikatın alınmasından sonrakı gündən başlanır və təqvim günləri ilə hesablanmaqla müddətin sonuncu günü qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Sorğunuzda qeyd etdiyiniz halda 10.01.2017-ci il tarixdə alınmış şəhadətnamə-dublikatın qüvvədə olmasının son müddəti (21.10.2017) qeyri-iş gününə təsadüf etdiyindən, həmin müddət ən yaxın növbəti iş gününə, yəni 23.01.2017-ci il tarixə keçir.

Bax: Vergi Məcəlləsinin 35-ci və 68-ci maddəlləri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *