Bu ölkədə şərab üçün aksiz vergisi ləğv edilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

aksiz vergisiYunanıstanda şərab üçün aksiz vergisi ləğv edilib.

Yunanıstanın inzibati məhkəməsi hökumət tərəfindən şərab üçün 2016-cı ilin əvvəlindən tətbiq olunan aksiz yığımının ləğv edilməsi barədə qərar çıxarmışdır. Bu vergi yunan istehsalçıları arasında kəskin tənqid hədəfinə çevrilmişdi. Verginin dərəcəsi 0,75 litrlik şüşələr üçün 0,15 avro, 1 litrlik üçünsə 0,20 avro təşkil edir. Bu verginin tətbiq olunması lap başlanğıcdan Yunanıstan Şərab İstehsalçıları Federasiyası, Yunanıstan Üzümçülük və Şərabçılıq Milli Təşkilatı və digər nüfuzlu qurumlar  tərəfindən etirazla qarşılanmışdı və məhkəmə iddiaları qaldırılmışdı. Məhkəmənin qərarına əsasən, vergi avtomatik qaydada ləğv edilir və bunun üçün digər instansiyaların əlavə qərarlarına ehtiyac yoxdur.

Mənbə: vergiler.az

Print Friendly, PDF & Email