Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?

posted in: Xəbər | 0

Səyyar satış

Sual: Bakı şəhərində səyyar şəkildə avtolovkalarda (xüsusi satış piştaxtalar, soyuducular qurşadırılmış yük avtomobilləri) qida və alkoqolsuz içkilərin satışını həyata keçirən şəxs əhali ilə hesablaşmalarda mədaxil qəbzi təqdim edir. Gün ərzində avtolovkalar şəhərin istənilən ərazisində dayanır, müştəriyə səyyar satışı həyata keçirir. Bu fəaliyyət qanunidirmi? Və qanuni olduğu halda hansı qaydada avtomobillərə POS terminal quraşdırılmalıdır? Təşəkkür edirik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməklə həyata keçirə bilər.

Eyni zamanda bildiririk ki Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” müəyyən məhdudiyyətlər qoymaqla yanaşı küçə ticarətinin aparılmasını istisna etmir.

Belə ki, həmin Qaydalara əsasən səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir.

ƏDV ödəyicisi olduğunuz və ya rüb üzrə orta aylıq dövriyyəniz 2000 manatdan artıq olduğu halda POS-terminalın quraşdırılması zəruridir. Bununla belə, digər hallarda da vergi ödəyicisi obyektində POS-terminal quraşdırmaq hüququna malikdir. POS-terminalın quraşdırılması üçün zəruri olan texniki imkanlar sifarişçi tərəfindən təmin edilməlidir.

Həmçinin bax: Hüquqi şəxs səyyar satışı necə rəsmiləşdirməli?

POS-terminalın quraşdırılması üçün vergi ödəyicisinin aktiv bank hesabı olmalı və təsərrüfat obyekti (subyekti) qeydiyyata alınmalıdır. Daha sonra vergi ödəyicisi müvafiq bank ekvayerə müraciət etməklə şəxsiyyətini təsdiq edən sənədin surətini, vergi ödəyicisinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surətini və təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surətini (obyektin kodu) təqdim etməlidir.

Küçə ticarəti ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı isə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 16.1.8.3-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 nömrəli “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə və 2014-cü il 3 aprel tarixli 94 nömrəli “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi barədə Qərarları, Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “POS-terminalın onlayn qeydiyyatı“ elektron xidmətlər üzrə inzibati reqlament.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *