Sifarişçi ödədiyi avansı geri alarsa bu əməliyyat ƏDV bəyannaməsində necə göstərilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVSifarişçi ödədiyi avansı geri alarsa bu əməliyyat ƏDV bəyannaməsində necə göstərilir?


Sual: Fəaliyyətim malların alqı – satqısı ilə məşğul olmaqdır. Hüquqi şəxs kimi ƏDV ödəyicisiyəm. Müqavilə əsasında malları təqdim etmək üçün mart ayında avans almışam və bu avans bəyan edilərək büdcəyə ödənilib. Lakin müqavilə əsasında malları vaxtında təqdim edə bilmədiyimdən may ayında sifarişçi ödədiyi avansı geri almaq istəyir. May ayın ƏDV bəyannaməsində bu azalmanı necə göstərməliyəm, hansı sətirdə və ya əlavədə?


Xidmətə görə elektron qaimə-faktura təqdim edilmədikdə xərcə necə silə bilərik?

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən əməliyyatın ləğv edilməsi ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallara aiddir. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, yəni əməliyyatın ləğv edildiyi hesabat dövründə aparılır. Qeyd edilənlərə əsasən sorğunuzda göstərilən halda vergi tutulan dövriyyə may ayında dəqiqləşdirilir və dəqiqləşdirilən dövriyyə ƏDV bəyannaməsinin 319-cu “ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə” sətrində əks etdirilir.

Bax: Vergi Məcəlləsinin 163-cü və 175.5-ci maddələri və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email