Şirkətin korporativ bank kartından ödəmələr xərcə silinə bilər?

posted in: Xəbər | 0
birbank biznes

bank kartından ödəmələrSual: Bizim şirkətin cari hesaba bağlı kartı vardır (korporativ kart). Biz marketdən ofisə lazım olan mal-material alırıq və ödənişi marketdə quraşdırılmış pos-terminala kart vasitəsilə edirik. Ödədiyimiz ödənişlər bank çıxarışında öz əksini tapır. Pos-terminal vasitəsilə ödədiyimiz ödənişə görə marketdən elektron qaimə ala bilmirik. Bilmək istəyirik ki, bizim kart vasitəsilə aldığımız mal-material bizim xərcimizə sayılırmı? Xatırladım ki, ödənişlərimiz bank çıxarışında öz əksini tapır. Ətraflı, detallı cavablandırmağınızı xahiş edirəm.

Bax: Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

Cavab: Bildiririk ki, nəzarət-kassa aparatının çeki və ya qəbz (o cümlədən də pos-terminal qəbzi) malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin Vergi Məcəlləsi ilə təsbit olunmuş vəzifəsi olduğundan, təsərrüfat obyektindən malları aldığınız vergi ödəyicisi də bu tələbə riayət etməyə borcludur.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email