Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

posted in: Xəbər | 0

notarialSual: Mən bilmək istəyirdim ki, təsisçi maliyyə qoyuluşunu nağd qaydada edə bilərmi? Yoxsa yalnızca notarial qaydada müqavilə bağlamalı və notariatda bank hesabından hüquqi şəxsin bank hesabına maliyyə qoyuluşu etməlidir?

Cavab: Sorğunuzdan təsisçi tərəfindən müəssisəyə borc pul vəsaitinin verilməsi barədə soruşulduğu qənaətinə gələrək bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunvericiliyə zidd olmayan hər hansı şərtləri qoymaqla öz hüquq və vəzifələrini müqavilə əsasında müəyyənləşdirir. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması olaraq bağlanır.

Eyni zamanda bildiririk ki, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu, o cümlədən də müqavilənin qüvvədə olma müddəti ilə bağlı şərtləri müəyyənləşdirə bilərlər. Mülki qanunvericilikdə pul vəsaitlərinin borc verilməsinin notarial qaydada təsdiq olunması mülki qanunvericilikdə tələb kimi qoyulmasa da, borc verən və borc alan müvafiq müqaviləni öz istəklərinə əsasən notarial qaydada təsdiq edə bilərlər.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur. Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

Bax: Mülki Məcəllənin 6.2-ci, 389-cu, 390-cı, 739-cu və 740-cı maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *