SON 10 ildə neçə hüquqi şəxs yaradılıb?

posted in: Xəbər | 0
birbank biznes

hüquqi şəxs“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa 2011-ci ildə edilmiş dəyişiklik nəticəsində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsinə başlanılıb.

Bu barədə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli məlumat verib.

Departament rəsmisi qeyd edib ki, bunun nəticəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxs yalnız elektron imza əldə etməklə, hüquqi şəxsin qeydiyyatı üçün tələb olunan sənədləri toplamadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi imkanını əldə edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına başlandığı andan bu günə qədər yerli investisiyalı hüquqi şəxsin elektron dövlət qeydiyyatı üçün müraciət əsasında 12329 hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Həmçinin nəzərə çatdırılıb ki, hüquqi şəxslər əsasən məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında yaradılır. 2008-ci ildən indiyədək 42333 hüquqi şəxsin dövlət qeydiyyatı aparılıb və onun 93,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 0,16 faizi açıq səhmdar cəmiyyəti, 0,2 faizi qapalı səhmdar cəmiyyəti, 0,94 faizi kooperativ, 0,05 faizi publik hüquqi şəxs, 4,77 faizi isə digər təşkilati-hüquqi formada olub.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email