Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair QAYDALAR

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ Q-19

Bakı şəhəri                                                                                     “ 23 ” sentyabr 2014-cü il

 

Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydaların təsdiq edilməsi haqqında

 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-cibəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.7-ci,7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

  1. “Təmir məsrəflərininmühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 sentyabr 2002-ci il tarixli İ-153 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 sentyabr 2002-ci il tarixdə (şəhadətnamə №2919) dövlət qeydiyyatına alınmış “Gəlirdən çıxılmalı olan təmir xərclərinin mühasibat uçotunda əks olunmasınadair Təlimat” ləğv edilsin.
  3. Nazirliyin aparatının Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
  4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov

 

  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair

 

QAYDALAR

 1.Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və bütün növ təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalar mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edən hüquqi şəxslərə (bundan sonra təşkilatlara) şamil edilir. “Mühasibat uçotu haqqında” Qanuna əsasən illik maliyyə hesabatlarının tərtib edilməsi zamanı digər mühasibat uçotu subyektləri də bu Qaydalardan istifadə etmək hüququna malikdir.

2.Əsas anlayışlar və açıqlamalar

 

2.1. Təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir.

2.2. Əsaslı təmir məsrəfləri – əsas fondların istismar müddətinin uzadılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

2.3. Əsaslı təmir məsrəfləri əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir.

2.4. Əsas fondlar – təşkilatların təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan, təşkilat tərəfindən malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.

2.5. Balans dəyəri – aktivin ilkin dəyərindən yığılmış amortizasiya məbləği və qiymətdəndüşmə zərərləri çıxıldıqdan sonra maliyyə vəziyyəti haqqında hesabatda (mühasibat balansında) onun tanınan dəyəridir.

2.6. Cari təmir məsrəfləri – əsas fondların hər bir kateqoriyasının saxlanılması, istismarı və vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üçün (o cümlədən ayrı-ayrı hissələrinin dəyişdirilməsi, bərpası, rənglənməsi, yağlanması, sazlanması) hesabat ili ərzində onlara texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı olan məsrəflərdir.

2.7. Norma daxilində cari təmir məsrəfləri – qanunvericiliklə müəyyən edilmiş normalar həddində əsas fondlara hesablanmış məsrəflərdir.

2.8. Qanunvericiliklə müəyyən edilmiş normalar həddindən artıq cari təmir məsrəfləri əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir. Həmin məsrəflər “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) hər bir obyekt üzrə ayrı-ayrılıqda aparılır.

2.9. Amortizasiya olunmayan əsas fondların cari təmirinə çəkilmiş məsrəflər əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir.

2.10. Hesabat ili ərzində qəbul aktlarına əsasən təmir işləri aparılan əsas fondların təmir işləri başa çatdıqdan və mühasibat uçotu subyekti rəhbərinin icazəsi ilə istismara verildikdən sonra “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) yığılmış kapitallaşdırılmış məsrəflər əsas fondların balans dəyərinə əlavə edilir.

2.11. Mühasibat uçotu subyektlərində təmir işləri podrat və ya təsərrüfat üsulları ilə aparılır.

2.12. Podrat üsulu ilə aparılan təmir işləri — sifarişçi (mühasibat uçotu subyekti) ilə razılaşdırılmış qiymətlər əsasında podratçılar (hüquqi və ya fiziki şəxslər) tərəfindən müvafiq sənədlərlə (müqavilə, smeta, görülmüş işlər üzrə qəbul-təhvil aktı və digər uçot sənədləri) rəsmiləşdirilən yerinə yetirilmiş təmir işləridir.

2.13. Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işləri — mühasibat uçotu subyektinin öz vəsaiti hesabına mövcud ştat cədvəlinə uyğun fəaliyyət göstərən tikinti şöbəsi (bölməsi), xüsusiləşdirilmiş briqada (dəstə), habelə mövsümi xarakterli təmir işlərinin aparılması (görülməsi) üçün müvafiq briqada (dəstə) vasitəsi ilə həyata keçirilən təmir işləridir.

2.14. Podrat üsulu ilə təmir işləri podratçılarla razılaşdırılmış qiymətlə, təsərrüfat üsulu ilə təmir işləri isə faktiki maya dəyəri ilə uçota alınır.

3.Əsas fondların hər bir kateqoriyasına dair caritəmir məsrəfləriüzrə məbləğlərin müəyyən edilməsi

 

3.1. Yerinə yetirilmiş təmir işlərinə dair təmir məsrəflərinin məbləğləri əsas fondların ayrı-ayrı kateqoriyaları üzrə hesablanmaqla uçota alınır və biri digərinə aid edilmir.

3.2. Cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans dəyərinin aşağıdakı həddi ilə məhdudlaşdırılır:

3.2.1. tikililər (binalar, qurğular, ötürücü qurğular və onların struktur komponentləri) – 2%;

3.2.2. maşın və avadanlıqlar – 5%;

3.2.3. nəqliyyat vasitələri – 5%;

3.2.4. dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə nəqliyyat vasitələri – aylıq yürüş həddinə uyğun olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində;

3.2.5. sair torpaq, tikili və avadanlıqlar – 3%;

3.2.6. daşınmaz əmlaka investisiyalar – 2 %;

3.2.7. amortizasiya hesablanmayan əsas fondlar – 0%.

3.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarda cari təmir məsrəfləri üzrə müəyyən olunmuş müvafiq hallarla bağlı bu Qaydaların 3.2-ci bəndində göstərilmiş məhdudiyyətlər nəzərə alınmır və həmin məsrəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə tənzimlənir.

 

  1. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda əsas fondların hər bir kateqoriyasına dairtəmir məsrəfləri üzrə məbləğlərin mühasibat uçotunda əks etdirilməsi

 

4.1. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

4.1.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

4.1.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabların”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

4.1.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir.

4.2. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

4.2.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

4.2.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

4.2.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir.

4.3. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

4.3.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

4.3.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarınınkreditində əks etdirilir;

4.3.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Birja gəlirləri üzrə xərclər”, “Qeyri-birja gəlirləri üzrə xərclər”, “Sair mənbələr hesabına xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;

4.3.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

4.3.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir;

4.3.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.

4.4. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

4.4.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

4.4.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabların”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

4.4.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Birja gəlirləri üzrə xərclər”, “Qeyri – birja gəlirləri üzrə xərclər”, “Sair mənbələr hesabına xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;

4.4.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

4.4.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir;

4.4.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.

4.5. İcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:

4.5.1. əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır.

4.5.2. bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır.

4.5.3. bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır;

4.5.4. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 4.1-ci və 4.2-cü bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir;

4.5.5. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 4.3-cüvə 4.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.

4.6. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.

4.7. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:

4.7.1. təmir işlərinin dəyəri icarəyə verən tərəfindən təmir işlərinin məsrəfləri birbaşa ödənildikdə, “Bankda olan hesablaşma hesabları”nın müvafiq subhesablarının debeti və “Qısamüddətli debitor borcları”nın hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir:

4.7.2. təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman “Qısamüddətli debitor borcları” hesabının krediti “İcarə ilə bağlı qısamüddətli kreditor borcları” hesabının müvafiq subhesablarının debeti ilə müxabirələşir.

4.8. Əsas fondların hər bir kateqoriyasının ilin sonuna balans dəyəri sıfıra bərabər olduqda, təmir məsrəflərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas fondların balans dəyərinə aid edilir və bu Qaydanın 4.1-ci, 4.2-ci bəndlərinə uyğun olaraq mühasibat uçotunda əks etdirilir.

5.İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda əsas fondların hər bir kateqoriyasına dairtəmir məsrəfləri üzrə məbləğlərin mühasibat uçotunda əks etdirilməsi

 

5.1. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

5.1.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

5.1.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

5.1.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.

5.2. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

5.2.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”, “Hazır məhsul”, “Mallar”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

5.2.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “ Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

5.2.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.

5.3. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

5.3.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

5.3.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

5.3.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının kreditindən “Satışın maya dəyəri” maddəsi üzrə müəyyən edilmiş hesabın müvafiq subhesablarının debetinə silinir;

5.3.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağllı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

5.3.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;

5.3.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.

5.4. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

5.4.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Hazır məhsul”, “Mallar”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

5.4.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

5.4.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının kreditindən “Satışın maya dəyəri” maddəsi üzrə müəyyən edilmiş hesabın müvafiq subhesablarının debetinə silinir;

5.4.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

5.4.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;

5.4.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.

5.5. İcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:

5.5.1. əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır;

5.5.2. bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır;

5.5.3. bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır;

5.5.4. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir;

5.5.5. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 5.3-cüvə 5.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.

5.6. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.

5.7. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:

5.7.1. təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənildikdə, icarəçinin “Bank hesablaşma hesabları”nın müvafiq subhesablarının debeti və “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

5.7.2. təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabının müvafiq subhesablarının debeti ilə müxabirələşir.

5.8. Əsas fondların hər bir kateqoriyasının ilin sonuna balans dəyəri sıfıra bərabər olduqda, təmir məsrəflərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas fondların balans dəyərinə aid edilir və bu Qaydanın 5.1-ci, 5.2-ci bəndlərinə uyğun olaraq mühasibat uçotunda əks etdirilir.

6.İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda əsas fondların hər bir kateqoriyasına dairtəmir məsrəfləri üzrə məbləğlərin mühasibat uçotunda əks etdirilməsi

 

6.1. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

6.1.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

6.1.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

6.1.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.

6.2. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

6.2.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Hazır məhsul”, “Mallar”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “İşçi heyəti üzrə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

6.2.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

6.2.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.

6.3. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

6.3.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

6.3.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

6.3.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının kreditindən “Qeyri-birja əməliyyatları ilə bağlı xərclər” və “Birja əməliyyatları ilə bağlı xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;

6.3.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağllı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

6.3.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağllı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;

6.3.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.

6.4. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:

6.4.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Hazır məhsul”, “Mallar”,“Digər ehtiyatlar”, “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

6.4.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarınındebeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;

6.4.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının kreditindən “Qeyri-birja əməliyyatları ilə bağlı xərclər” və “Birja əməliyyatları ilə bağlı xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;

6.4.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

6.4.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;

6.4.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.

6.5. İcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:

6.5.1. əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır;

6.5.2. bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır;

6.5.3. bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır;

6.5.4. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 6.1-ci və 6.2-ci bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir;

6.5.5. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 6.3-cüvə 6.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.

6.6. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.

6.7. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:

6.7.1. təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənildikdə, icarəçinin “Bankda olan hesablaşma hesabları”nın müvafiq subhesablarının debeti və “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;

6.7.2. təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabının müvafiq subhesablarının debeti ilə müxabirələşir.

6.8. Əsas fondların hər bir kateqoriyasının ilin sonuna balans dəyəri sıfıra bərabər olduqda, təmir məsrəflərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas fondların balans dəyərinə aid edilir və bu Qaydanın 6.1-ci, 6.2-ci bəndlərinə uyğun olaraq mühasibat uçotunda əks etdirilir.

Mənbə: www.e-qanun.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *