İcarə zamanı təmir xərclərini hansı halda gəlirdən çıxmaq olar?

posted in: Xəbər | 0

əmək haqqıƏDV ödəyicisi olan iki hüquqi şəxs obyektin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlayır. Müqavilənin şərtlərinə əsasən icarəyə götürən icarəyə verənin balansında olan icarəyə verilmiş əsas vəsaitlər üzrə təmir işləri aparır.

Sual 1. İcarəyə götürənin təmir işlərinin aparılmasına çəkdiyi xərcləri icarəyə verənə təqdim etdiyi halda icarəyə verən həmin xərcləri hansı qaydada gəlirindən çıxılan xərcə aid edə bilər?

Sual 2. İcarəyə götürənin təmir işlərinin aparılmasına çəkdiyi xərcləri icarə haqqı ilə əvəzləşdirdiyi halda icarəyə verən həmin xərcləri hansı qaydada gəlirindən çıxılan xərcə aid edə bilər?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə təmir xərclərinin icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlərin icarəçinin balansına götürüldüyü hallarda yol verilir.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya təmir xərci icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Əmlak vergisinin hesablanması zamanı əsas vəsaitlərin orta illik qalıq dəyəri hesablandığı üçün icarəyə götürülən əsas vəsait balansa daxil edildiyi halda, əmlak vergisinə cəlb olunur.

Bax: Vergi Məcəlləsinin 108-ci və 115-ci maddələri.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *