Təmir xərclərinin gəlirdən çıxılmasının Vergilər Nazirliyi tərəfindən misalla izahı

posted in: Vergi, Xəbər | 0

Təmir xərcləri

Sual: Mən bilmək istərdim ki, VM-nin 115.2-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitin qalıq dəyərinin artmasına aid edilirsə və amortizasiya da həmin cəmə (əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir və s.) uyğun hesablanırsa, sonra növbəti il həmin məhdudlaşdırmadan artıq olan hissə təkrar amortizasiya olunur, yoxsa 115.1. maddəsinin 2-ci hissəsindəki kimi növbəti vergi ilinin gəlirindən qalan hissəsi tam çıxılmalıdır? Sadəcə 115.1 və 115.2 hissələrinin aydınlıq gətirilməsini xahiş edirəm. Öncədən təşəkkürümü bildirirəm.

Həmçinin bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Cavab: Bildiririk ki, təmir xərcləri gəlirdən iki şəkildə çıxıla bilər:

– Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulan həddlər daxilində birbaşa;

– Həmin həddlərdən artıq olan hissədə Vergi Məcəlləsinin 115.2-ci maddəsində nəzərdə tutulan qaydada amortizasiya ayırmaları şəklində.

İkinci halda təmir xərclərinin gəlirdən çıxılması məhdudlaşdırılan hissəsi kapitallaşdırılır, yəni əsas vəsaitin dəyərinə əlavə edilir və təmir aparılan ildən başlayaraq əsas vəsaitlərinin dəyərinin tərkib hissəsi kimi növbəti illərdə də davam etməklə tədricən amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd olunan misal olaraq, cari ilin əvvəlinə qalıq dəyəri 50.00 manat olan binaya çəkilən təmir xərcləri 3.000 manat olduqda, 1.000 manat birbaşa gəlirdən çıxılır (50.000*2%), qalan 2.000 manat isə cari ildə binanın dəyərinə əlavə edilir və ilin sonuna alınmış cəmdən (50.000+2.000=52.000 manat) cari ildə 7 faiz dərəcə ilə 3.640 manat amortizasiya ayırmaları hesablnmalıdır. Növbəti ildə isə həmin məbləğ artıq 3.385,2 manat ((52.000-3.640)*7%) təşkil edəcəkdir.

Bax: Vergi Məcəlləsinin 114-cü və 115-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *