Uçot-qeydiyyat sistemində yeniliklər tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

uçot qeydiyyatYeni apellyasiya sistemi vergi sistemində korrupsiya elemetlərinin qarşısının alınmasına xidmət edəcək

Bunu Vergilər Nazirliyi bəyan edib.

Qurumun açıqlamasında bildirilir ki, Nazirliyin strukturundakı ən vacib institusional yeniliklərdən biri Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentində (Katiblik) İnzibati şikayətlərin araşdırılması idarəsinin yaradılmasıdır. Yeni idarə vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və funksional struktur vahidlərinin vəzifə öhdəliklərinin keyfiyyətli icrasının təmin edilməsi məqsədilə yaradılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimovanın sözlərinə görə, yeni strukturun yaradılmasının əsas məqsədi vergi orqanlarında apelyasiya institutunu təkmilləşdirməklə başvermə ehtimalı yüksək olan korrupsiya elemetlərinin sayını sıfıra yaxınlaşdırmaqdır: “Bu struktur dəyişikliyi ilə inzibat şikayətə baxan yeni bir apelyasiya institutu formalaşır ki, bu da həm funksional strukturların işinin daha keyfiyyətli qurulması, həm qanunsuz vergi yoxlamalarının, kameral hesablamaların və operativ nəzarət tədbirlərinin sayının azaldılması, həm də nəzarət tədbirlərində risk elementlərinin minimallaşdırılması məqsədini daşıyır”.

Bundan başqa, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması nəzərdə tutulur.

Vergi ödəyicilərinə xidmət sahəsində aparılmış dəyişikliklər isə vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni xidmətlərin təşkili, mövcud elektron və ünvanlı xidmətlər sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır.

Həmçinin uçot-qeydiyyat sistemində mütərəqqi yeniliklər tətbiq ediləcək.

Həmçinin bax: Vergilər Nazirliyinin yeni strukturu fəaliyyətə başladı 

Vergilər Nazirliyində həyata keçirilən digər struktur dəyişikliyi qeydiyyat sahəsi ilə bağlıdır. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.

Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot baza məlumatların dürüstləşdiriməsi ilə bağlıdır.

N.Alimovanın sözlərinə görə, hər şey vergi ödəyicilərin düzgün uçot məlumatlarından başlayır. Vergilər Nazirliyi həm daxildə strukturlararası, həm də digər dövlət orqanları ilə düzgün uçot məlumatlarının verilməsi kimi mühüm vəzifəni həyata keçirir. Yeni yaradılmış struktur dövlət qeydiyyatı sahəsində mövcud olan işin keyfiyyətini artırılması, mütərəqqi yeniliklərin ölkəyə gətirilməsi, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdiriməsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd olunmalıdır ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *